Borcun hökmləri

Borcun hökmləri

Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəmdən (səlləllahu ələyhi və alihi və səlləm) rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, qaytarmağa imkanı olan vaxta qədər möhlət verə, onun malı artar, məlaikələr ona borcunu aldığı vaxta qədər rəhmət göndərərlər». İmam Sadiqdən (ələyhis-səlam) rəvayət olunur: «Hər mömin başqa möminə qürbət qəsdi ilə borc versə malını aldığı vaxta qədər Allah onun üçün sədəqə vermək savabını yazar.»

Məsələ 2239: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə alarsa, səhihdir.

Məsələ 2240: Borcun ödənilməsi üçün tələbkarın və ya hər iki tərəfin də istədiyi ilə müəyyən bir zaman təyin etməmişlərsə, hər zaman borclu borcunu ödəsə, tələbkar qəbul etməlidir. Müəyyən bir zaman təyin etmişlərsə, o zaman qurtarmazdan qabaq tələbkar öz borcunu almaqdan imtina edə bilər.

Məsələ 2241: Borc əqdini oxuyarkən, onun ödənməsi üçün müəyyən bir zaman təyin etmişlərsə, əgər bu vaxtın təyin etmə işi borclunun və ya hər iki tərəfin istəyi ilə olmuşsa, bu zaman qurtarmazdan qabaq tələbkar tələbini istəyə bilməz. Amma əgər vaxtın təyin edilməsi tələbkarın öz istəyi ilə olsa və ya borcun ödənməsi üçün ümumiyyətlə bir vaxt təyin etməmişlərsə, tələbkar istədiyi zaman borcunu tələb edə bilər.

Məsələ 2242: Əgər vaxt təyin olunmayan, yaxud vaxtı çatan zaman tələbkar öz tələbini istəsə və borclu öz borcunu verə bilsə, gərək dərhal onu qaytarsın. Əgər təxirə salarsa, günahkardır.

Məsələ 2243: Əgər borclu şəxsin öz şəxsiyyətinə layiq olan və içində oturduğu ev, mənzil avadanlıqları və ehtiyacı olan sair şeylərdən başqa heç nəyi olmasa, borc sahibi öz borcunu ondan tələb edə bilməz; öz borcunu verməyə qadir olduğu vaxta qədər gözləməlidir.

Məsələ 2244: Borclu olub borcunu ödəyə bilməyən şəxs, ticarətdə işləməsi onun üçün asandırsa və ya sənəti ticarətdirsə, o işləyib borcunu ödəməsi vacibdir. Hətta bu haldan başqa da şəninə layiq olan bir iş görə bilərsə, ehtiyat-vacib budur ki, işləyib borcunu ödəsin.

Məsələ 2245: Tələbkarına əli çatmayan şəxsin, əgər gələcəkdə onu və ya varislərini tapacağına ümidi yoxdursa, ona verəcəyi borcu sahibinin tərəfindən fəqirlərə verməsi lazımdır. Ehtiyat-vacibə əsasən bu iş üçün şəriət hakimindən icazə də almalıdır. Amma əgər onun sahibini və ya varislərini tapacağına ümidi vardırsa, səbr edib onu axtarmalı, əgər onu tapmazsa, öldüyü təqdirdə onun malından ondan alacaqlı olan şəxsə və ya varisi tapılarsa, alacağını vermələrinə dair vəsiyyət etməlidir.

Məsələ 2246: Əgər meyyitin malı, kəfən və dəfnin vacibatının xərclərindən və borclarından artıq olmasa, həmin işlərə sərf edilməlidir. Varislərinə heç nə çatmır.

Məsələ 2247: Əgər bir kəs bir qədər «misli» olan pul, buğda ya arpa və bu kimi şeylər borc etsə və onun qiyməti artsa, yaxud azalsa, aldığı həmin miqdarı o malın keyfiyyətində, camaatın rəğbətini cəlb etməkdə dəxaləti olan xüsusiyyətlərlə geri qaytarmalıdır və bu kifayətdir. Amma əgər borclu və tələbkar ondan başqasına razı olsalar, eybi yoxdur. Əgər borc aldığı şey qoyun kimi «qiyməti» olan şeydirsə, borc aldığı qoyunun qiyməti ilə pulunu verməlidir.

Məsələ 2248: Əgər borc olunmuş mal itməsə və mal sahibi onu tələb etsə, borclunun həmin malı ona qaytarması vacib deyil. Əgər borclu onu qaytarmaq istəsə, tələbkar onu qəbul etməyə bilər.

Məsələ 2249: Borc verən şəxs, borc verdiyi miqdardan daha artıq alacağını şərt qoymuşdursa, məsələn; bir kiloqram buğda borc verib, bir kiloqram yüz qram alacağını və ya on yumurta borc verib, on bir yumurta alacağını şərt qoymuşdursa, riba və haramdır. Hətta əgər borclunun onun üçün bir iş görməsini və ya borc verdiyi şeyə, bir miqdar da başqa bir şey əlavə edərək verməsinə şərt qoymuşdursa, məsələn; borc verdiyi bir manatı, bir kibrit də əlavə olaraq geri qaytarmasını şərt qoymuşdursa, riba və haramdır. Habelə, əgər borc verdiyi şeyi xüsusi formada geri qaytarmasını, məsələn; bir miqdar işlənməmiş qızıl verib, onu işlənmiş olaraq geri qaytaracağına şərt qoymuşdursa, yenə riba və haramdır. Amma bir şərt qoymamışdırsa və borclu özü borc aldığını artıqlaması ilə ödəyirsə, işkalı oxdur. Hətta belə etməsi müstəhəbdir.

Məsələ 2250: Riba vermək, riba almaq kimi haramdır, amma borcun əsli səhihdir və ribalı borc edən şəxs, aldığına malik olur. Amma borc verən aldığı artıq miqdara sahib olmur, onda təsərrüf etməsi haramdır. Əgər onun eyni ilə bir şey alsa, o şeyə də malik olmur. Əgər riba almayacağını qərara almış olsaydılar belə, borc alan borc verənin o puldan istifadə etməsinə razı olarmışsa, ondan istifadə etməsi caizdir. Həmçinin, əgər məsələni bilmədiyinə görə riba alsa, başa düşdükdən sonra tövbə etsə, bu halda cahil olduğu (bilmədiyi) zaman aldığı pul ona halal olur.

Məsələ 2251: Əgər buğda və ya onun kimi bir şeyi ribalı borc alıb və onun ilə əkinçilik etsə, məhsuluna malik olur.

Məsələ 2252: Əgər bir paltar alıb sonradan pulunu faiz olaraq aldığı puldan və ya faiz pul ilə qarışmış puldan verərsə, o paltara sahib olur və onu geyməyin və o paltarla namaz qılmağın eybi yoxdur. Amma əgər paltarı satana «bu paltarı bu pul ilə alıram» deyərsə, o paltarın geyilməsi haramdır.

Məsələ 2253: Əgər insan birinə bir qədər pul versə ki, başqa şəhərdə onun tərəfindən az alsın eybi yoxdur və buna «sərfi-bərat» deyirlər.

Məsələ 2254: Əgər insan başqa bir şəhərdə artıq almaq üçün bir şəxsə bir şey verərsə, o şeyin cinsi qızıl və ya gümüşdən olarsa, yaxud buğda və arpa kimi, ölçülən və çəkilən şeylərdən olsa, riba və haramdır. Amma əgər artıq alan şəxs, aldığı artıq miqdarın müqabilində bir şey verərsə və ya bir iş görərsə, işkalı yoxdur. İndiki eskinaslarda artıq almaq icazəli deyil. Əgər onu satsa və nəqd olsa, yaxud nisyə olsa, amma iki cinsdən olsalar , məsələn biri tümən, digəri dinar olsa, artıq almağın işkalı yoxdur, amma əgər nisyə və bir cinsdən olsa, artıq almaq məhəlli işkaldır.

Məsələ 2255: Əgər bir insanın digərindən ölçülən və ya çəkilən şeylərdən olmayan bir alacağı olsa, onu borclu olana və başqa bir şəxsə, daha ucuz satıb, əvəzini nəqd ala bilər. Buna görə indiki zamanlarda tələbkarın borcludan aldığı çek və e`tibarnaməni (səftəni) öz alacağından daha ucuz şəkildə (ki, ona xalq arasında qiyməti endirmək deyərlər) banka və ya başqa birinə satıb, əvəzini nəqd ala bilər.

Paylaş:
Baxış sayı: 11413

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.