Bəda və zühur

Bəda və zühur

Ömürlərin öz vaxtlarından təxirə düşməsi, həmçinin dua, sədəqə, qohumluq əlaqələrini möhkəmlətmək əsasında ömrün uzanması, habelə zülm, əlaqələri kəsmək və sair şeyləri edərkən ömürlərin öz vaxtlarından kəsilməsi barədə rəvayət olunan hədis və rəvayətlər az deyil. Allah hər iki məsələni bilsə də, onlardan birnin şərtlə məlum olması, digərinin isə qeyri şərtsiz məlum olması mümkündür.
“Bəda” ifadəsini ehtiva edən rəvayət olunan xəbərlərimiz də buna əsaən təvil olunur və aydın olur ki , bədanın mənası nəsxdir, yəni öncəkinin keçərliliyini itirməsidir. Bütün ədalət əhlinin nəzərdə tutduğu budur ki, bu yalnız nəsx edilməsi keçərli sayılan , yaxud şərtləri dəyişilə bilən şeylərə aiddir. Bunun yolu kainatdan xəbər olsa belə eynidir. Çünki lüğətdə bəda elə zühur, yəni bir şeyin ortaya çıxıb görünməsi deməkdir. Allahın elə bir feilinin bizim üçün üzə çıxması mümkündür ki, biz onun əksini güman edirik. Ya da bunu bilirik, amma şərtini bilmirik. Bu barədə Şeyx Tusinin Əl-Ğeybə kitabından bir neçə hədisə nəzər salaq;

1. Məhəmməd ibn Saleh İmam Həsən Əskəridən(ə) “Allah istədiyini silər və istədiyini saxlayar. Ummul-kitab onun yanındadır” ayəsi haqqında soruşdu. İmam belə buyurur: Yalnız var olanı silər və yalnız olmayanı saxlayarmı? Allah Cabbardır, əşyaları var olmamışdan öncə biləndir. (Şeyx Tusi, Əl-Ğeybə, 12/420)

2.Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr , İmam Rzanın(ə) belə buyurduğunu nəql edir: Əli ibn Huseyn(ə) , ondan öncə Əli ibn Əbu Talib(ə), Məhəmməd ibn Əli(Baqir)(ə) və Cəfər Sadiq(ə) buyurub: “Allah istədiyini silər və istədiyini saxlayar. Ummul-kitab onun yanındadır” ayəsi olduğu halda , gələcəkdən nəsə xəbər verə bilərik? Kim “Allah bir şeyi yalnız var olduqdan sonra bilir” desə küfr etmi. Və tövhiddən çıxmışdır. (Şeyx Tusi, Əl-Ğeybə, 11/419)

3.Rəyyan ibn Səlt deyir: Əbülhəsən Rzanın(ə) belə buyurduğunu eşitdim: Allah hər bir peyğəmbəri yalnız şərabxorluğun haram edilməsi, Allahın həqiqətən də , hər istədiyini etdiyinin iqrar edilməsi, habelə mirasında kündür olmasıyla birlikdə göndərib. (Şeyx Tusi, Əl-Ğeybə, 10/418)

4.Əbu Bəsir dedi: Mən ona dedim: Bu işin bir vaxtı varmı ki, bədənlərimi rahatladaq və ona yetişək? Buyurdu: Əlbəttə var. Ancaq siz vaxtı bildikdə onu yayırsınız. Odur ki, Allah onu uzatmışdır. (Şeyx Tusi, Əl-Ğeybə, 13/421)

5. Əbu Həmzə Somali İmam Məhəmməd Baqirdən(ə) belə eşitdiyini nəql etmişdir: “Ey Sabit ! Allah Təbarəkə və Təala bu işin vaxtını təyin etmişdir. Lakin Huseyn(ə) öldürüldükdə, Allahın dünya əhlinə olan əzabı artdı və bunun vaxtını yüz qırxıncı ilə saxladı. Biz bunu sənə rəvayət etdik. Siz bunu yazdınız. Üzərindəki pərdəni qaldırdınız. Buna görə də Allah bizim dərgahımızdan bu iş üçün bir vaxt bildirmədi: “Allah istədiyini pozar və istədiyini təsbit edər. Kitabın əsli ancaq Onun dərgahındadır(Rəd surəsi,39)””.
Əbu Həmzə deyir: Bunu Əbu Abdullahdan(ə) da rəvayət etdim, o da belə oldu deyə buyurdu. (Usuli-kafi,cild2,hədis934)

6. İshaq ibn Əmmar əs-Seyfəridən nəql olunur: Əbu Abdullahın(ə) belə buyurduğunu eşitdim: Bu işin bir vaxtı var idi və bu yüz qırxıncı il idi. Lakin siz bu barədə danışdınız və onu ifşa etdiniz və izzət və cəlal sahibi olan Allah da onu təxirə saldı. (Biharul-ənvar,cild52,səh117)

7. İshaq ibn Əmmar, İmam Cəfər Sadiqdən(ə) belə buyurduğunu nəql edir: Ey əbu İshaq, bu iş iki dəfə təxirə salınmışdır. (Biharul-ənvar,cild52,səh117)

8.Fudayl ibn Yəsər belə rəvayət etmişdir: İmam Məhəmməd Baqirə(ə) dedim: “Bu işin bir vaxtı varmı?”
Buyurdu: “Vaxt bildirənlər yalan deyirlər. Musa(ə) Rəbbi ilə görüşmək üçün tayfasından ayrılıb yola düşdükdə, onlara otuz gün vaxt verdi. Allah bu otuz günə daha on gün əlavə etdikdə onun tayfası: “Musa(ə) bizə verdiyi sözü tutmadı” dedi. Buna görə də etdiklərini etdilər(buzova ibadət etməyə başladılar). Biz sizə bir şeydən danışmışıqsa, bizim dediyimiz şəkildə yayıldısa , “Allah düz buyurdu” deyin. Yox əgər biz sizə bir şeydən danışdıqsa, buna qarşı olaraq zidd bir vəziyyət yaranarsa, yenə “Allah düz buyurdu” deyin. Bu zaman iki dəfə mükafatlanarsınız.” (Usuli-kafi,cild2,hədis938)

9.Əbu Bəsirdən nəlq olunur: İmam Cəfər Sadiqdən(ə) soruşdum: “Bu işin bir vaxtı yoxdur ki, ona çata bədənlərimiz rahat ola?”
İmam(ə) buyurdu: “Niyəki? Var idi. Lakin siz onu ifşa etdiniz deyə Allah da onu təxirə saldı.” (Biharul-ənvar,cild52,səh117)

Paylaş:
Baxış sayı: 9230

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.