İmam Mehdinin (ə) mövcud olmasının vacibliyi
Axırzamanda yer üzü zülm, haqsızlıq və fəsadla dolduqda Əhli-Beyt imamlarından (ə) olan sonuncu höccət İmam Mehdinin (ə) zühur edib, dünyanı haqq və ədalətlə dolduracağı müjdəsi Allah rəsulundan (s) mütəvatir yollarla nəql edilərək isbatlanmışdır. Arada çox sayda ixtilafl arın olmasına baxmayaraq, bir çox əqidələr də bu barədə hədis və rəvayətlər nəql etmişlər. Biz İslamın sonuncu din olduğuna, bundan sonra bəşər üçün başqa dinin gəlməyəcəyinə iman bəsləyirik. Lakin eyni zamanda da, dünyanın inkişaf etmiş ölkələrində belə, haqq və ədalətin bərqərar olmasının mümkün olmadığını, əksinə, hər keçən dövrdə zülm və fəsadın yayılaraq daha da artdığını müşahidə edirik. Həmçinin elə müsəlmanların da öz dinlərindən boyun qaçırdıqlarını, onların əksəriyyətinin İslam qayda-qanunlarına layiqli şəkildə riayət və əməl etmədiyinə də şahidik. Bütün bunları diqqətə alaraq, indiyə qədər gəlmiş peyğəmbərlər və imamların(ə) öz dövründə bizə tövsiyə etdiklərinin önəmsiz olduğuna, sadəcə bir dövr üçün olduğuna və bu dövrün də bitdiyinə inanmaq sadəlöhvlük olardı. Bu qədər ilahi höccətin gəlişinin səbəbi olan Allahın şəriətinin sırf insanların etinasızlığı səbəbindən aradan getmiş olması mümkün deyil. Bu, özlüyündə İslam dininin yenidən öz gücünü qaytarıb, zülm və fəsadın girdabına yuvarlanmış aləmi islah edəcəyini, bunun üçün isə Allahın Yer üzündəki höccətinə olan ehtiyacımız da təbii anlaşılır. Lakin İslam ümmətinin bu günkü vəziyyəti, qanun, hökm və düşüncələrindəki ixtilafl arı, hər gün artan bidət, təhrif, zəlalət və batil
iddiaları nəzərə aldıqda, İslam dininin əvvəlki güc və qüdrətini geri qaytarması mümkünsüz görünə bilər. Bəli, bu dinin rəhbərliyində Allahın lütfü və inayəti ilə ümməti vahid bir kəlmənin ətrafında birləşdirəcək, batil və təhrifl əri, dinə gətirilən bidət və xürafatları məhv edəcək bir “hidayət edən” dayanmadıqca bu,
mümkün görünmür. Həmin şəxsdə ümmətə rəhbərlik qüdrəti, qeyri-adi güc və əzəmətli məqam olmalıdır ki, Yer üzü zülm və fəsadla dolduğu kimi, haqq və ədalətlə doldurula bilsin;
- İbrahim ibn Əbu Mahmud İmam Rzanın (ə) belə buyurduğunu rəvayət edir: “Biz Allahın məxluqatının arasında olan höccətləriyik, bəndələri arasında olan xəlifələriyik, sirrinə olan əmanətdarlarıyıq. Biz təqva kəlməsiyik; möhkəm və sarsılmaz ipik. Biz Allahın şahidləri, yaratdıqlarının arasında nişanələriyik. Allah göyləri və yeri, zəval tapmasınlar deyə, bizimlə tutub saxlayır. O, bizimlə yağışı endirir, rəhmətini yayır. Yer üzü, istər aşkar olsun, istər gizli, bizdən olan Qaimsiz qala bilməz. Əgər bir gün belə, höccətsiz qalsaydı, dəniz öz sakinlərini ləpələndirdiyi kimi, yer də öz əhli ilə birlikdə silkələnərdi”. (Kəmalud-Din, 21/6)
- Abdullah ibn Məsud belə rəvayət edir: “Bir gün Allah rəsulunun (s) hüzurunda əyləşmişdik. Bəni-Əbdülmüttəlibdən bir neçə cavan gəlirdi. Peyğəmbər(s) onlara baxarkən gözləri yaşardı. Biz dedik: “Ey Allahın rəsulu, biz hələ də sənin üzündə xoşlamadığımız bir şey görürük”. Həzrət Peyğəmbər (s) buyurdu:
“Allah biz – Əhli-Beyt(ə) üçün dünyanı deyil, axirəti seçmişdir. Məndən sonra Əhli-Beytim(ə) bəlalara mübtəla olacaq, qovulacaq, pərən-pərən salınacaq. Hətta məşriq tərəfdən qara bayraqlı bir dəstə gəlib, haqqı tələb edəcək, lakin onlara verilməyəcək. Onlar üç dəfə gələcək və vuruşacaqlar, onlara yardım ediləcək. Beləliklə, onların mübarizəsi davam edərək Əhli-Beytimdən olan bir nəfərə veriləcək. O da yer üzü, zülm və haqsızlıqla dolduğu kimi, onu ədalət və bərabərliklə dolduracaq. Kim onu görəcəksə, sürüşkən buzun üstündə olsa belə, özünü onun yanına yetirməlidir”. (Dəlailul-İmamət, hədis 415) - Zürarə ibn Əyən İmam Sadiqin (ə) İmam Hüseyn (ə) barədə hədisin ardınca belə buyurduğunu rəvayət edir: “Əgər yer üzündə Allahın höccətlərindən heç kəs olmasaydı, Yer – orada olanları silkələyər, üzərində olanları atardı. Həqiqətən də, yer üzü höccətsiz qala bilməz”. (Kəmalud-Din, 21/4)
- Əhməd ibn Ömər Həllal belə rəvayət edir: “İmam Rzaya (ə) dedim:
“Bizə İmam Sadiqdən (ə) rəvayət edilib ki, yer üzü höccətsiz qala bilməz. Dünya, orada imam olmadan qala bilərmi?” İmam (ə) buyurdu: “Məazəllah! Heç bir saat da qala bilməz, yoxsa batar”. (Kəmalud-Din, 21/5) - Abdullah ibn Məsud Allah rəsulundan (s) belə nəql edir: ”Əhli-Beytimdən“ Mehdi” adlanan kəs ümmətə vəli olana qədər dünya bitməyəcək”. (Şeyx Tusi, əl-Ğeybə, 12/141)
- İmam Sadiqin (ə) xadimi Müəttəb İmamın özündən Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Allahın peyğəmbərlərindən biri öz qövmü tərəfindən qovulmuş, o da Deyləmə (məntəqə adıdır) üz tutmuşdur. Deyləm əhli onu gözəl şəkildə qarşılayıb yardım etdilər və Allahdan onlar üçün dua etməsini istədilər. O da Allahdan onların sayının artmasını, düşmənlərin üzərində əllərini yüksəltməyi, torpaqları və vətənlərini qorumağı, aralarında Ali-Muhəmməddən olan Qaim Mehdiyə (ə) yardım etmələrini istədi”. (Dəlailul-İmamət, hədis 425)
- Həsən ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən də, yer üzü – orada alim bir höccət olmadan boş qala bilməz. Yer üzünü yalnız o düzəldə bilər; camaatı yalnız o islah edə bilər”. (Kəmalud-Din, 21/7)
- İbn Abbas belə rəvayət edir: “Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir” ayəsi barədə belə deyir:
“Yəni yer üzünü ölmüş olduqdan sonra Muhəmməd ailəsinin Qaiminin (ə) vasitəsilə düzəldəcək. Yer üzündə məmləkət əhlinin zülmündən sonra oranı ədalətlə dolduracaq”. (Şeyx Tusi, əl-Ğeybə, 2/131) - Süleyman Cəfəri belə rəvayət edir: “İmam Rzadan (ə) soruşdum: “Yer üzü höccətsiz qala bilərmi?” İmam (ə) buyurdu: “Bir göz qırpımında da olsa, höccətsiz qalsaydı, öz əhli ilə birlikdə batardı”. (Kəmalud-Din, 21/15)
- Abdullah belə rəvayət edir: ”Allah rəsulunun (s) hüzuruna gəldik. O, bizi üzündə sevinc hissi ilə müjdə verərək qarşıladı. Soruşduğumuz hər bir suala cavab verdi, sakit qaldıq, o isə söhbət etməyə başladı. Bu zaman, aralarında Həsən və Hüseyn olan bir dəstə Bəni-Haşim cavanları yanımızdan keçdi. Peyğəmbər(s) onları görən kimi dərindən bir ah çəkdi və gözlərindən yaş axdı. Camaat dedi:
“Ey Allahın rəsulu, sən bizi sevincli üzlə qarşıladın, soruşduğumuz hər bir suala cavab verdin, biz sakit qaldıq sən isə söhbət etdin, hətta yanından cavanlar keçdi, onlar üçün ah çəkdin, gözlərin doldu”. Allah rəsulu (s) belə buyurdu: «Allah biz – Əhli-Beyt üçün dünyanı deyil, axirəti seçmişdir. Məndən sonra Əhli-Beytim bəlalara mübtəla olacaq, qovulacaq, pərən-pərən salınacaq. Hətta məşriqdən qara
bayraqlar yüksələcək. Onların sahibləri haqqı tələb edəcək, lakin onlara verilməyəcək. Odur ki, övladlarınızdan kim onları görəcəksə, buzun üstündə olsalar belə onların yanında olsunlar, çünki o bayraqlar hidayət bayraqlarıdır. Onu Əhli-Beytimdən olan bir nəfərə verəcəklər. O da yer üzünü zülm və haqqsızlıqla dolduğu kimi, ədalət və bərabərliklə dolduracaq”. (Dəlailul-İmamət, hədis 420) - Möminlərin əmiri Əli (ə) Allah rəsulundan (s) belə nəql edir: “Ulduzlar səma əhli üçün əmniyyətdir. Belə ki, ulduzlar aradan gedərsə, səma əhli də aradan gedər. Əhli-Beytim də yer əhli üçün əmniyyətdir. Əhli-Beytim aradan gedərsə, yer əhli də aradan gedər”. (Kəmalud-Din, 21/19)
- Əbu Səid belə rəvayət edir: “Allah rəsulunun (s) minbər üzərində belə buyurduğunu eşitdim: “Mehdi mənim Əhli-Beytimdən – itrətimdəndir. O, axırzamanda çıxar, göylər onun üçün yağış yağdırar, yer üzü isə öz bitkilərini çıxarar. Camaat yer üzünü zülm və haqqsızlıqla doldurduqları kimi, oranı haqq-ədalətlə doldurar”. (Şeyx Tusi, əl-Ğeybə, 9/138)
- Müfəssəl İmam Sadiqdən (ə) belə nəql edir: “Qaim zühur edərkən zamanında möminlərə əziyyət verən insanlar arxalarında onlardan gizlətdikləri surətdə olacaqlar. Bununla da, möminlər onlardan intiqam alacaqlar”. (Dəlailul-İmamət, hədis 446)
- Əbdüləla ibn Əyən İmam Baqirdən (ə) belə nəql edir: “Allah yer üzünü
camaatın artırdıqlarını azaldan və azaltdıqlarını artıran alimsiz buraxmamışdır.
Əgər belə olmasaydı, camaatın işləri qarışıq gələrdi”. (Kəmalud-Din, 21/16) - Abdullah ibn Məsud Allah rəsulunun (s) belə buyurduğunu rəvayət edir: “Dünyadan yalnız bircə gün qalsa belə, Allah həmin günü o qədər uzadar ki, adı adımla, atasının adı da atamın adı ilə eyni olan, mənim nəslimdən birini göndərər və yer üzü zülmlə dolduğu kimi, ədalətlə doldurar”. (Şeyx Tusi, əl-Ğeybə, 11/140)
- Zürarə belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “İmam özündən sonra davamçı olmadan ölə bilərmi?” İmam (ə) buyurdu: “Bu, ola bilməz”.
Mən soruşdum: “Bəs necə olar?” İmam (ə) buyurdu: “Belə şey ola bilməz. Təkcə Allahın Öz yaratdıqlarına qəzəblənərək, onları tezləşdirməsi müstəsnadır”. (Kəmalud-Din, 21/13) - Muhəmməd ibn Sinan Zahiri İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) Möminlərin əmiri Əliyə (ə) belə buyurduğunu nəql edir: “Ey Əli! Sənin nəslindən on bir imam tamam olduqda, on birincisi Əhli-Beytimdən olan Mehdidir”. (Dəlailul-İmamət, hədis 421)
- İmam Sadiq (ə) Allah rəsulunun (s) belə buyurduğunu rəvayət edir:
“Mənim nəslimdən olan imamlarda ardıcıl bu üç ad (Muhəmməd, Əli, Həsən)
gəldiyi zaman dördüncüsü ümid bəslənilən həmin o Qaimdir”. (Dəlailul-İmamət, hədis 422) - Əbu Həmzə Sumali İmam Baqirdən (ə) İmam Hüseynin (ə) belə buyurduğunu nəql edir: “Mən və qardaşım Həsən babamız Allah rəsulunun (s) yanına daxil olduq. O, məni bir dizinin, qardaşım Həsəni də o biri dizinin üstünə oturtdu. Sonra bizi öpüb, belə buyurdu: “Ey oğullarım! Siz iki saleh və
pak imam olduğunuz üçün gözünüz aydın olsun! Allah sizə məndən, atanız və ananızdan seçmişdir. Ey Hüseyn, sənin sülbündən isə doqquz imam seçmişdir. Onların doqquzuncusu Qaimdir. Allah yanında onların hamısının bir mənzilət və fəziləti var”. (Dəlailul-İmamət, hədis 423) - Muhəmməd ibn Hüseyn öz-ata-babalarından Möminlərin əmiri Əlinin (ə) “Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.” ayəsi barədə belə buyurduğunu nəql edir:
“Onlar Muhəmməd ailəsidir ki, Allah cəhdlərindən sonra hidayət edənlərini göndərəcək, Mehdi onları izzətli, düşmənlərini isə zəlil edəcək”. (Şeyx Tusi, əl-Ğeybə, 14/143) - Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: “Hüseyndən sonra bizdən doqquz nəfər olacaq. Doqquzuncu onların Qaimidir və onlardan daha üstündür”. (Dəlailul-İmamət, hədis 431)
- Əbu Səid Xudri Allah rəsulunun (s) belə buyurduğunu rəvayət edir:
“Sizə Mehdini bəşarət verirəm ki, camaat fi kir ayrılığında və zəlzələ olan halda ümmətimin arasına göndərilər (qiyam edər). O, yer üzünü, zülm və haqqsızlıqla dolmuş olduğu kimi, haqq-ədalətlə doldurar. Ondan göy əhli də razı qalar, yer əhli də”. (Şeyx Tusi, əl-Ğeybə, 7/136) - Əmr ibn Haşim Tai İshaq ibn Abdullah ibn Əli ibn Hüseynin “Göylərin və yerin Rəbbinə and olsun ki, bu, sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.” ayəsi barədə belə dediyini nəql edir: “Bu, Muhəmməd ailəsindən olan Qaimin qiyamıdır. Habelə onun barəsində belə nazil olub: “Allah sizdən
yaxşı işlər görüb, iman gətirənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınlıqla əvəz edəcək. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar”. Buyurdu: “(Bu ayə) Mehdi barədə nazil olub”. (Şeyx Tusi, əl-Ğeybə, 4/133) - İmam Baqir (ə) belə rəvayət edir: “Allah rəsulu (s) Həzrət Əliyə (ə) belə buyurmuşdur: “Sənə imla etdiyimi yaz”. Həzrət Əli (ə) buyurur: “Ey Allahın Peyğəmbəri, qorxursan ki, yaddan çıxararam?” Allah rəsulu (s) buyurdu: “Unudacağından qorxmuram, mən Allahdan istəmişəm ki, səni qorusun və unutqanlıqdan saxlasın. Ancaq sən şəriklərin üçün yaz”. Möminlərin əmiri Əli (ə) soruşdu:
“Ey Allahın rəsulu, mənim şəriklərim kimdir?” Həzrət Peyğəmbər (s) buyurdu: “Övladların olan imamlardır ki, onların vasitəsilə yağışdan sirab olur, duaları qəbul olunur, onlara xatir Allah bəlanı qaldırır, rəhmətini nazil edir”.
Sonra əli ilə İmam Həsənə (ə) işarə edib buyurdu: “Bu, onlardan birincisidir”.
Sonra İmam Hüseyni (ə) göstərib deyir: “İmamlar onun övladlarındandır”. (Kəmalud-Din, 21/21) - İmam Sadiq (ə) İmam Baqirdən (ə), o da İmam Səccaddan (ə) belə nəql edir: “Biz – müsəlmanların imamı, Allahın aləmlərə höccəti, möminlərin sərvəri, alnı ağ olanların rəhbəri, iman əhlinin mövlasıyıq. Biz yer əhlinin amanıyıq, necə ki ulduzlar səma əhlinin amanıdırlar. Biz o kəslərik ki, Allah bizim vasitəmizlə səmanı saxlamışdır ki, yerin üzərinə düşməsin; yalnız Onun izni və bizə xatir yeri saxlamışdır ki, əhlini silkələməsin. Bizə görə yağış yağdırır, rəhmət yayır, yer üzünün bərəkətlərini ortaya çıxarır. Əgər biz yer üzündə olmasaydıq, öz əhlini batırardı. Allah-taala Adəmi (ə) yaradandan bəri yer üzü, istər aşkar olsun istər gizli, heç vaxt Onun höccətindən boş qalmayıb. Qiyamət gününədək də orada Allahın höccəti olmadan qalmayacaq. Əgər belə olmasaydı, Allaha ibadət edilməzdi”.
Hədisin ravisi deyir: “İmam Sadiqdən (ə) soruşdum: “İnsanlar qeybdə olan bir imamdan necə faydalana bilərlər?” İmam (ə) buyurdu: “Necə ki, buludlar Günəşi örtdükdə, ondan yararlanırlar”. ( Kəmalud-Din, 21/22) - Müfəzzəl İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir: “Qaimimiz zühur etdiyi zaman yer üzü Rəbbinin nuruna qərq olar və insanlar Günəşin işığından ehtiyacsız olarlar. Gecə və gündüz bir olar, zülmət aradan gedər. Bir insan öz zamanında min il yaşayar. Hər ildə onun bir oğlu olar, amma qızı olmaz. Libası onu örtər, uzandıqca o da uzanar. İstədiyi rəngə çalar”. (Dəlailul-İmamət, hədis 433)
- Salman farsi belə rəvayət edir: “Allah rəsulu (s) mənə belə buyurdu:
“Həqiqətən, Allah göndərdiyi hər bir peyğəmbər və elçiyə on iki başçı qərar vermişdir”. Mən dedim: “Ey Allahın rəsulu, bunu artıq iki kitab əhlindən bilirəm”.
Peyğəmbər (s) soruşdu: “Ey Salman, heç mənim başçılarımı, məndən sonra Allahın bu ümmət üçün seçdiyi o on iki nəfərin kim olduğunu bilirsən?”
Mən dedim: “Bunu Allah və Onun rəsulu (s) bilər”.
Peyğəmbər (s) buyurdu: “Ey Salman, Allah məni seçilmiş nurundan yaratdı.
Məni çağırdı mən də itaət etdim. Sonra mənim nurumdan Əlini (ə) yaratdı. Onu çağırdı, o da Ona itaət etdi. Sonra Əlinin (ə) nurundan Fatiməni (ə) yaratdı. Allah onu çağırdı, o da Ona itaət etdi. Sonra mənim, Əlinin (ə) və Fatimənin(ə) nurundan Həsəni (ə) yaratdı. Allah onu da çağırdı, o da Allaha itaət etdi. Sonra mənim, Əli və Fatimənin (ə) nurundan Hüseyni (ə) yaratdı, onu çağırdı, o da Allaha itaət etdi. Sonra bizi Özünün beş ismi ilə adlandırdı: Allah həmd olunmuşdur, mən də Muhəmmədəm (s), Allah ucadır, bu da Əlidir (ə). Allah yoxdan yaradandır, bu da Fatimədir (ə). Allah ehsan sahibidir, bu da Həsəndir(ə). Allah yaxşılıq edəndir, bu da Hüseyndir (ə). Sonra O, bizim və Hüseynin(ə) nurundan doqquz imam yaratdı. Onları çağırdı, onlar da Allaha itaət etdilər. Bütün bunlar səmanı tavan, yeri döşənəcək, etməsindən, mələkləri və insanları yaratmasından əvvəl idi. Biz Allaha təsbih edən nur idik. Onu dinləyir və Ona itaət edirdik”.
Mən soruşdum: “Ey Allahın rəsulu, atam-anam sənə fəda olsun! Onları tanıyanın mükafatı necə olacaq?”
Peyğəmbər (s) buyurdu: “Ey Salman, kim onları mərifətlə tanıyarsa, onlara
iqtida edərsə, dostları ilə dost, düşmənlərilə düşmən olarsa, Allaha and olsun
ki, o, bizdən biridir. O, bizim qayıdacağımız yerə qayıdacaq, bizim məskunlaşdığımız
yerdə məskunlaşacaq”.
Mən soruşdum: “Ey Allahın rəsulu, adlarını və ata-babalarını tanımadan
onlara iman gətirmək olarmı?”
Peyğəmbər (s) buyurdu: “Xeyr, ey Salman”.
Dedim: “Ey Allahın rəsulu, axı mən onları tanımıram, təkcə Hüseyni (ə)
bilirəm”.
Buyurdu: “Ondan sonra abidlərin ağası Əli ibn Hüseyn (ə), sonra əvvəlki və sonrakı peyğəmbər və mürsəllərin elminə sahib olan Muhəmməd ibn Əli “Baqir”, ondan sonra Allahın dilindən doğru danışan Cəfər ibn Muhəmməd “Sadiq”, ondan sonra Allah yolunda qəzəbini boğaraq səbir edən oğlu Musa ibn Cəfər “Kazim”, ondan sonra Allahın əmrinə razı olan oğlu Əli ibn Musa “Rza”, ondan sonra Allahın məxluqatı arasından seçilmiş oğlu Muhəmməd ibn Əli “Təqi”, ondan sonra Allaha doğru hidayət edən oğlu Əli ibn Muhəmməd “Hadi”, ondan sonra Allahn sirrinə əminliklə susan oğlu Həsən ibn Əli “Əskəri”, ondan sonra da Allahın haqqı ilə qiyam edib danışan oğlu Muhəmməd ibn Həsən “Mehdi”dir. Ey Salman, sən onu görəcəksən. Həmçinin sənin kimi olanlar və həqiqi mərifətlə ona təvəlla edənlər də onu görəcəklər”.
Allaha çoxlu-çoxlu şükr edib soruşdum: “Ey Allahın rəsulu, mən onun zamanına qədər yaşayacağam?”
Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Salman, oxu: “Beləliklə o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar hətta evlərin içini də axtararlar ki, heç kimi diri qoymasınlar. Bu, baş verəcək qəti bir vəddir. Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və size say baxımından çox edərik”.(İsra, 5-6)
Şövqüm və ağlamağım bir az da artdı, sonra soruşdum: “Ey Allahın rəsulu, bu səndən olan bir əhddirmi?”
Buyurdu: “Əlbəttə! Allaha and olsun! Muhəmmədi (s) haqq olaraq peyğəmbər göndərənə and olsun ki, məndən, Əlidən (ə), Fatimədən (ə), Həsəndən (ə), Hüseyndən (ə) və doqquzundandır. Onların hər biri bizdən və bizimlədir, bizə qovuşacaq. Əlbəttə, ey Salman! Allaha and olsun ki, İblis öz ordusunu toplayacaq. Xalis iman gətirənlər və xalis küfr edənlər üz-üzə gələcəklər. Hətta qisas və qanı alınacaq. Allah heç kimə zülm etməyəcək və bu ayənin təvilini həyata keçirəcək: “Biz istədik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları imam, varis edək, Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq. Firona, Hamana və qoşunlarına onların tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək”.(Qəsəs, 5-6)
Allah rəsulunun (s) yanından qalxıb getdim”. (Dəlailul-İmamət, hədis 424)
“Zühur ilinin əlamətləri” kitabından
