Salam aleykum. Mən 3 il 6 aydı hərbidə işləyirəm və bu müddət ərzində heç vaxt xüms – zəkat verməmişəm. Bilmək istəyirəm vermədiyim xüms – zəkatın işğalı nədir və nə qədərdir. İnnən sonra verməliyəmsə necə verim. Xahiş edirəm bu barədə mənə ətraflı məlumat verəsiz
- Zaur soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
İşə başladığınız günü xüms günü olaraq təyin etməlisiniz. Hər ilin o günü əlinizdə olan malın 5də birini verməlisiniz. Məsələn bu günü xüms günü olaraq təyin etmisinizsə, hər ilin bu günü sizə aid olan pulu, evdə qalan qida məhsullarını, il ərzində alıb heç istifadə etmədiyiniz malın dəyərini cəm edib 5də birini ayırmalısınız. Keçən illərin bu günü üçün təxmin etdiyiniz miqdarın da xümsünü ayırmalısınız.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
