Terminlər

0
0

Salam Aleykum.Sistani Ağa risaləsində buyururki vacib ehtiyata əsasən diyilərsə istınilən halda başqa müctehidin sözünə əməl edə bilər.Yəni Sistani Ağa vacib ehtiyata əsasən məsələn filan bir şey caiz deyil buyurursa başqa müctehid caizdi buyurursa o şeyi etmək olar?

0
0

Salam.

Ehtiyat verilən yerlərdə müqəllid ələmliyi qorumaq şərtilə digər müctəhidin rəyinə əməl edə bilər. İstənilən birinə, məsələn təqlid etdiyimiz müctəhidin ehtiyata əsasən haram etdiyi bir işdə, istənilən bir halal edən müctəhidə üdul edə bilmərik. Bunun üçün ələmlik sırasında , təqlid etdiyimiz şəxsdən  sonraki ələmə keçməliyik. Əgər o da ehtiyat etsə digərinə keçə bilərik. Əgər o ehtiyat etməsə gərək onun dediyində qalaq və ona əməl edək. Həm də, təqlid edilən müctəhidin ehtiyat dediyi yerdə, başqa bir müctəhidə keçmək də şərt deyil və müqəllid həmin ehtiyata əməl edə bilər.

ALLAH müvəffəq eləsin…

1 nəticə görsənir
Sizin cavabınız