Təqlid

0
0

Salam.
Məsələ 16. Əgər mükəlləfin nəzərində iki və ya daha çox müctəhidin elmdə bərabər olması
sübuta yetsə, hər hansı birinə təqlid etməkdə ixtiyar sahibidir. Hətta bəzi məsələlərdə birinə,
digər məsələrdə isə başqasına təqlid edə bilər. Lakin həmin məsələdə bir müctəhidə təqlid
etdikdən sonra o birinə təqlidi dəyişməsi ehtiyata əsasən, caiz deyil.

Yuxarda yazılanlar Rəhbərin nəzəridir. Yuxardakı yazıda, sonda rəhbərin icazə vermədiyi məsəliyə aşağıda adları qeyd olunan müctəhidlərin hansı icazə verir ?
Bunlar icazə vermirsə icazə verən müctəhidlərin adını qeyd edin zəhmət olmasa

Şeyx Məlarim şirazi
Şeyx Cəfəri Sübhani
Seyyid Şübeyri Zəncani
Şeyx Cavad Amuli
Şeyx İshaq Fəyyaz
Seyyid Həkim

0
0

salam

bu məsələdə müctəhid fərqi olmaz. çünki bu ümui bir şəri vəzifədir ki şəxs ələm olana təqlid etsin. birinə təqlid edirsə, o şəxs ələmdirsə, hansısa bir qadağasına görə başqa müctəhidə keçə bilməz. yalnızca fətva olmayan yerlərdə keçə bilər ki bu da uduldur. yenə həmin müctəhidin təqlidində qalınır, yalnızca fətva olmayan məsələdə digər müctəhidə tabe olunur.

1 nəticə görsənir
Sizin cavabınız