Təqlid

Cavablandırılıb
0
0

Salam. “İstiftati cədid” kitabında Rəhbərin, elmi səviyyəsi bərabər olan müctəhidələrə təqlid etməyə ehtiyata əsasən icazə vermmədiyi yazılıb. Yeni bir “Təqlid Risaləsi” adlı kitab çıxıb elektron versiyada 40 məsələdən ibarətdir kitabın əvvəlində Rəhbərin fətvalarına uyğun olduğu qeyd edilib o, kitabın 16-cı məsələsində belə qeyd olunub bu kitabda yazılan doğrudur yoxsa “İstiftati cədid” də yazılan doğrudur ?

Məsələ 16. Əgər mükəlləfin nəzərində iki və ya daha çox müctəhidin elmdə bərabər olması sübuta yetsə, hər hansı birinə təqlid etməkdə ixtiyar sahibidir. Hətta bəzi məsələlərdə birinə, digər məsələrdə isə başqasına təqlid edə bilər. Lakin həmin məsələdə bir müctəhidə təqlid etdikdən sonra o birinə təqlidi dəyişməsi ehtiyata əsasən, caiz deyil.

Mükəmməl cavab
0
0

Təqlid geniş anlamda baxdıqda, ixtilaflı məsələlərdə edilir. Çünki ixtilafı olmayan məsələlərdə zatən bütün mərcəiyyət eyni hökmü edir. İxtilaf düşən məsələlərdə isə vəzifəmiz ən ələmə təqlid etmək olur. Mümkündür ki bu göndərdiyiniz məsələdə deyildiyi kimi əməl edək. Lakin əksər möminlərimiz, əhkam elminə yiyələnmədiklərinə görə , bu məsələdə müctəhidlər arasında olan fikir ayrılığında hansının düzgün olduğunu seçmək qabiliyyətinə malik deyillər. Odur ki bu halda bir müctəhidi təqlid etmək ən optimal variant hesab edilir.
Xülasə, burda yazılan məsələ özlüyündə doğrudur, yalnışlıq yoxdur. Lakin əməl etmək baxımından dini təhsil olmadan mümkün deyildir.

1 nəticə görsənir
Sizin cavabınız