Təlaq

0
0

Salamun Aleykum, üzür istəyirəm ilk öncə.
Mən bir evli olmuş və 2 uşağı olmuş qadınla daimi əqd oxutdurdum (Kəbn) amma hər birimiz ayrı ayrı öz valideyinlərimizlə yaşayırdıq. Bir il çəkmədi bu qadın məndən ayrılmaq istəyini dedi və israrla mənə talaq ver mən ayrılıram demək istəyirdi. Mən ona talaq vermək istəyirəm necə edim? Bunda qeyd edim ki qadınla kəbin oxunmamışdan öncə mehriyə təyin olunub. bu mehriyənin bir qədəri verilib. indi mehriyənin hamısını verməliyəm yoxsa necə?

0
0

Salam.

Təlaq vermək üçün, son cinsi yaxınlıqdan sonra gərək qadın bir heyz keçirsin, daha sonra qadının pak olduğu bir gündə, iki adil olan şəxsin yanında ya təlağı özü oxusun, ya da bir nəfəri vəkil edib oxutdursun. Hər iki halda, qadının yaxınlıqdan sonraki bir heyz görməsi və təlağın iki adil şəxsin yanında oxunması şərtdir.

Mehriyəyə gəlincə, yaxınlıq olubsa, mehriyə verilməlidir.

1 nəticə görsənir
Sizin cavabınız