sirgə

Cavablandırılıb
0
0

Qurani kərimdə siğə haqda aye var??

Mükəmməl cavab
0
0

Səhabədən bir nəfər deyir ki: “Mutə ayəsi nazil oldu və Allahın kitabındadır. Biz də Rəsulullah ilə birlikdə əməl etdik. Qurani Kərimdə onu haram edəcək bir ayə enmədi. Hz. Rəsulullah (s.) da vəfat edənə qədər onu qadağan etmədi. Sonra bir nəfər (Ömər) çıxıb bu xüsusda öz rəyinə görə istədiyini söylədi…” (Səhih Buxari, c.2 səh.168; c.6 səh.33, Səhih Müslim, c.4 səh.168, Sünən Nəsai, c.5 səh.155; Müsnəd Əhməd,c.4 səh.236; Sünən Beyhəqi, c.5 səh.20; Təfsiri Qurtubi, Təfsiri ibni Kəsir, Təfsir Əbi Həyyan);

Yenə seçilmiş səhabələrdən Cabir Ənsari belə deyir: “Ömər, xilafəti dövründə mütəni qadağan edənə qədər biz Hz. Peyğəmbərin (s.a.a.) və Əbu Bəkrin dövründə bir ovuc xurma və un qarşılığında mütə edirdik.” (Musənnəfi Əbdur-rəzzaq, c.7, səh.499; Fəthul Bari, c.9, səh.49);

Hz. Əli (ə.) buyurur: “Mütə Allahın qullarına bir rəhməti idi. Əgər Ömər onu qadağan etməsəydi yolunu azmışlardan başqa heç kəs zina etməzdi.” (Təfsiri Təbəri, c.5, səh.9; Musənnəfi Əbdur-rəzzaq, c.7 səh.500; Təfsiri Razi, c.10 səh.50; Durrul Mənsur, c.2 səh.140; Kənzul Ummal, c.8 səh.204; Təfsiri Əbi Həyyan, c.3, səh.218; Fürui-Kafi, c.5, səh.448; Təhzib, c.7 səh.250, 270; İstibsar, c.3, səh.141);

Ömər ibn Xəttabın özünün də öz dilindən mütəni qadağan etməsi də buna dəlildir. O deyir ki: “İki mütə, Rəsulullahın dövründə sərbəst idi. Mən bu iki mütəni qadağan edirəm və bunu edəni cəzalandıracağam. Bu iki mütə: həcc mütəsi və qadınlarla edilən mütədir.” (Sünən Beyhaqi, c.7 səh.206; Müsnəd Əhməd, c.1 səh.52; Təfsiri Razi, c.10 səh.50; Səhih Müslim, hədis 1357; Cəssas, Əhkamul Quran; c.1 səh.342, 345; c.2 səh.152; Təfsiri Qurtubi,c.2 səh.370; Sərahsi, Əl-Məbsut, c.5, səh.152; Kənzul Ummal, c.8, səh. 293);

Əbdullah ibn Məsuddan belə nəql edilmişdir: “Peyğəmbərlə (s.a.a.) birlikdə döyüşürdük. Həyat yoldaşlarımız yanımızda yox idi. Peyğəmbərə “özümüzü axtalayaqmı?”-deyə soruşuldu. Peyğəmbər (s.) bizi ondan nəhy etdi. Bizə bir müddətliyinə paltar qarşılığında qadınlarla nigah etməmizə (mütə nigahı etməmizə) icazə verdi. Əbdullah ibn Məsud sonra bu ayəni oxudu: “…Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın… ” (Maidə, ayə 87) (Sənəd: Səhihi Müslim, c.4, səh.130; Səhih Buxari, c.6, səh.66; c.7, səh.5, Sünən Beyhəqi, c.7, səh.200; Müsnəd Əhməd, c.1, səh. 420, 432; Dürrul Mənsur, c.2 səh.140; Təfsir ibni Kəsir; Təfsiri Qurtubi, Əhkamul Quran).

MÜTƏ NİGAHI FİQHİ HƏDİSLƏR

İmam Cəfər Sadiq (ə.) buyurdu: “Mütə nigahı Quranda nazil oldu və onu Rəsulullah (ə.) sünnəsində tətbiq etdi və etdirdi.” (Füru-i Kafi, c.5, səh.449; Təhzib, c.7, səh.251; İstibsar, c.3, səh.142);
Əbu Hənifə İmam Cəfər Sadiqdən (ə.) “Mütə haqqında soruşdu.” İmam (ə.) dedi: “Hansı mütə haqqında soruşursan?” Əbu Hənifə dedi: “Mən Həcc mütəsi haqqında soruşurdam, ancaq mənə mütə nigahından da xəbər verin. O haqq olan bir şeydirmi?” İmam (ə.) buyurdu: “…İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!…” (Nisa, ayə 24)-ayəsini heç oxumadınmı?” Bu zaman Əbu Hənifə “Vallah mən bu ayəni sanki heç oxumamışam”-dedi. (Füru-i Kafi, c.5, səh.450);

1 nəticə görsənir
Sizin cavabınız