sehr

Cavablandırılıb
0
0

Salam.sizden bir mesele haqqinda soruwmaq meslehet almaq istiyirem. Allah ozu sizin kimi insanlari xalqimizin başi ustunden eskik etmesin.çox çox uzr istiyirem narahat etdiyime gore. inanin mene yaxin olan bir insan o qeder çixilmaz veziyyetdedi ki, her yolu sinamaq mecburiyyetindeyem.belke hansisa qapidan bir umid geler deye.bizim ailemize yaxin olan bir aile var, ailede her kes namaz qilir.vaxti vaxtinda sedeqe veren, oruc namazlarini yerine yetiren insanlardi.ama ailede olan 2 baci bir qardaw…hec biri aile qura bilmir.çox uzr istiyirem yeni ne qeder elçi olsa da heresi bir behane ile geri qayidir.artiq heresinin 30-31 yasi var.agilli işleri gucleri olan terbiyeli ovladlardi.anasi çox narahatdi.hedden artiq.etrafdan deyiller ki falçi yanina get belke nese edibler bextlerini bagliyiblar.ama getmek istemir.namaz qilir deye şeytan işine baş qoşmaq istemir.gunah eder deye qorxur.gece gunduz namaz qilib Allahdan komey istiyir.uşaqlari da hemçinin.sizden xaiş edirem belke tanidiginiz seyyid heqiqi Allah adami var ki o nese ede biler.Allahin ayeleri ile…dua yaza biler…umumiyyetle bele bir iş dogrudurmu? Çox uzr istiyirem narahat etdiyime gore…ama inanin ki bu barede soruşmaq uçun Allaha en yaxin bende kimi sizi bildim.men ne meslehet gorum o aileye? Allah razi olsun sizden.evvelceden tesekkur edirem.

Mükəmməl cavab
0
0

Başımıza gələn hər bir işdə xeyir vardır. Həzrəti ƏLİ(ə) belə buyurur. Odur ki başımıza gələn hər bəla və müsibətlərdə cadu sehr axtarmaq yalnışdır. Müsəlmanların vəzifəsi təqvaya əməl etməkdir. Təqvaya əməl edən hər bir müsəlman cadu və bəd nəzərlərdən amanda qalar. Hansısa işi alınmırsa, hikmət burdadır deməkdir.
Başına gələn ardıcıl bəlalarda insanların vəzifəsi dua etmək, istiğfar etməkdir. Yaxşıdır ki, gündəlik mümkün olduğu qədər Fatihə, İxlas, Nas və Fələq surələri, Ayətəl Kursini oxusunlar. Haramlardan çəkinib, vaciblərə əməl etsinlər . Mütləq ki ALLAH da Öz köməyini göstərəcək.

1 nəticə görsənir
Sizin cavabınız