Ramazan

0
0

Salam. Bu il Azərbaycanda Ramazan ayı nə vaxt başlayacaq?

0
0

Salam
Sabah (18 fevral) mübarək Şaban ayının 29-cu günüdür. Sabah səmada (Seyyid Sistaninin minhəcinə əsasən) çılpaq gözlə yeni ay görülsə deməli Cümə axşamı (19 fevral) mübarək Ramazan ayının 1-ci günüdür.

Əgər görülməsə, deməli, Cümə günü (20 fevral) mütləq mübarək Ramazan ayının 1-ci günüdür. (Çünki, hicri-qərəmi tarixiylə gün ya 29 gün olur, ya da 30 gün. 28 gün və ya 31 gün olmur.)

Bir sözlə, bu il mübarək Ramazan ayının 1-ci günü ya 19 fevrala düşəcək, ya da 20 fevrala. Hansına düşəcəyi sabah məlum olacaq. Çox böyük ehtimal 19 fevral Müqəddəs Ramazanın 1i olacaq.

1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website