pişnamaz

Cavablandırılıb
0
0

Salam əleykum.Taksi sürücüsü,hər tip insana xidmət göstərir,məscidin əhkamlarına da tam dərəcədə riayət etməyən,bəzi şəri məsələri dartışan məsələn,İsrail şirkətlərinin mallarının alınmasının caiz olmamasını,ailəsi bihicab,sadəcə quran oxuyan birinin pişnamaz durmasının hökmünü bilmək istərdik.Cavabın Hansı müctəhidin rəyi olduğunu da yazardız.Mümkunsə Rəhbər və Sistani ağaların rəyləri.

Mükəmməl cavab
0
0

Salam.

Camaat namazı üçün imamlıq etməyin bir neçə şərti vardır. Bu mövzuda hər iki alimin rəylərində fərq yoxdur. Taxi işində çalışması və ailəsinin hicabsız olması bir insanı günahkar etməz.
İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum kişidirsə, onun imamı da gərək kişi olsun.
Adillik odur ki, aşkarda böyük günah etməmiş olsun, kiçik günahlarda israrlı olmasın.

1 nəticə görsənir
Sizin cavabınız