Piş-Namaz-suallar

Cavablandırılıb
-1
0

Salam Aleykum Və Rəhmətullahi Və Bərakətuh
1) PişNamaza Niyyət Nəcür Olmalıdır?
2) PişNamaz Həmd Sürəni dedikdə biz bildiyim qədər demirik amma nə zikr etməliyik o zaman biz?
3) Təsbihətül-ərbəə-ni özümüz deməliyik yoxsa PişNAMAZ Deməlidir?
4) Sonuncu Sualim Səmi Allahu Limən Həmidəh(müstəhəb) rukudan qalxanda deyilir yoxsa 2səcdədən qalxib 2ci rükəti deməmişdən və ya3-4cü rükətdən qabaq Allah Razı olsun çoxsağolun

Mükəmməl cavab
1
0

Salam

 

1. Camaat namazına qoşulmağı nəzərdə tutursunuzsa, qəsdiniz pişnamaza iqtida olmalıdır. Dildə hansısa sözü demək şərt deyil. Demək istəsəniz, belə mümkündür ki, filan namazı qılıram, imam camaata iqtida edirəm qurbətən iləllah

 

2. Pişnamazın Həmd və surəsi eşidilirsə gərək iqtida edən onu deməsin. Məsələn, lə iləhə illəllah zikrini edə bilər.

 

3. İlk 2 rukətdəki Həmd və surədən başqa bütün hissələri iqtida edən özü də deməlidir.

 

4. Səmiallahu limən həmidəh zikri rukudan qalxıb bədən aram olduqdan sonra deyilməsi müstəhəbbdir.

 

ALLAH müvəffəq eləsin…

1 nəticə görsənir
Sizin cavabınız