Orucun qəzası və kəffarə

Cavablandırılıb
0
0

Salam aleykum.Mən 2011-ci il mart ayında mədəmdən ağır əməliyyay keçirmişdim.Əməliyyatdan sonra ildə 2 dəfə müalicə alırdım və daimi pəhriz saxlayırdım. 2013-cu ildə ibadətə başladım.Lakin özümü səhhətimə görə oruc tutmurdum.Düzü bu barədə həkimlə danışmamışdım,amma çox ac susuz qaldıqda özümü narahat hiss edirdim.mədəmdə ağrılar olurdu diyə oruc tutmurdum.Yalnız keçən il həkimə gedib oruc tutmaq üçün məsləhətləşdim və icazə verdi.Keçən ilin orucunu tam tutdum.
Sualım belədir: Mən hansı orucların qəzasını tutmalıyam? Hansına görə kəffarə verməliyəm?
Zəhmət olmasa ətraflı cavablandırardınız.
Allah razı olsun

Mükəmməl cavab
0
0

Aleykum salam

Tutmadığınız orucların hamısının qəzası vacibdir. Lakin kəffarə o halda düşür ki bir şeyin orucu pozduğunu bilərək qəsdən edəsiniz. Ac qaldıqda mədə ağrımağı oruc tutmamağa səbəb deyil. İstənilən insan yayın ortasında 17 saatlıq orucda ağrı hissi keçirə bilər. Odur ki həmin vaxtların qəzasını tutmalısınız.

0
0

Təşəkkür edirəm.Allah razı olsun

2 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website