Oruc haqqında

Cavablandırılıb
-1
0

Ramazan ayının orucunun qəzasını tutan şəxs bilərəkdən orucu açıb, amma orucu zöhr azanından əvvəl və ya sonra açdığı barədə şübhədədir, belə halda o şəxsə kəffarə düşürmü? Düşürsə necə düşür? Və ümumiyyətlə qəza orucunu zöhr azanından sonra acmaq kəffarəyeə səbəb olurmu?

Əla cavab
0
0

Qeyd olunan halda, kəffarə vacib deyildir.
Ramazan ayının orucunun qəzasını, zöhrdən (günortadan) qabaq pozmağın əgər vaxt dar olmazsa, manesi yoxdur; bundan başqa halda icazəli deyildir və ikinci dəfə qəzanı yerinə yetirməkdən əlavə kəffarə də vacib olar. Bunun kəffarəsi on fəqirə on müdd yemək (təqribən 750 qram) verməkdən yaxud əgər buna imkanı olmazsa, üç gün oruc tutmaqdan ibarətdir.

1 nəticə görsənir
Sizin cavabınız