Namaz

0
0

Essalamu Aleykum. Eşitdiymə görə sübh şam və işa namazlarını səsli , digər zöhr və əsr namazlarını daha səssiz qiraətlə qılmaq lazımdır. Sizdən xahişim budur ki bunu hədis və ya Qurana dəlilən göstərə bilərsiz ? Yəni Quranda belə buyrulur yoxsa hədisdə göstərilir ? Qurandadırsa hansı surə , hədisdədirsə hansı hədisə əsasən deyildiyini zəhmət olmasa paylaşın. Allah razı olsun…

0
0

Salam

Əvvəla bu məsələləri dəyərli mərcəiyyətimizin fətvaları əsasında əldə edirik. Çünki bütün hökmlərdə ictihad edə bildəyimizdən dolayı müctəhidə təqlid vacib olur. Hər hansı bir hədisi tapmaqla bir hökmün yanlış və ya doğru olduğunu söyləmək də yersiz olar. Səbəb budur ki bir mövzuda müxtəlif mövzulu hədis və rəvayətlər ola bilər ki bunların səhihliyini, məna anlamını və sair işləri araşdırma aparmaq müctəhidin işidir ki, onlar da bunu edirlər. Bizə də hazır əldə edilmiş hökmlərə təqlid etmək düşür. Bu mövzuda daha ətraflı bilgi əldə etmək üçün Məqalələr bölməmizin “Namazda cəhr və ixfat (Quran və sünnə əsasında)” adlı yazısını oxuya bilərsiniz.

1 nəticə görsənir
Sizin cavabınız