Nəcasət

0
0

Salam əleykum. Mən kürr su olduğunu ehtimal verdiyim su ilə paltarı bu qaydada yudum:Nəcasətin özü getdikdən sonra üzərindən bir dəfə su axıdıb sıxdım. Sonradan anladım ki o su kürr su deyilmiş qəlil imiş, yəni nəcisin özü getdikdən sonra üzərindən bir yox iki dəfə su axıtmalı imişəm. Paltarı qayıdıb təzədən yudum. Amma o vaxta qədər artıq əlimi hər yerə vurmuşdum. Əlimin özü və dəydiyi yerlər nəcis hesab olunurmu? (Təqlid A.Xamenei)

0
0

Salam

Həmin ərəfədə əl də yuyulmuş olur. Əgər əldə nəcisin özünün qalmasına yəqin yoxdursa, pak hökmündədir.

1 nəticə görsənir
Sizin cavabınız