Salam.
Mən atamın doğulduğu kəntdə özümə ev almışam.və oranı özümə vətən hesab edirem.
Mən özüm şəhərdə doğulmuşam və hal hazırdada şəhərdə qalıram.
Amma bəzi vaxtlar kəntdəki evədə gedirem gedib qayidiram yaxud qalıram.
Mən bilmək isdiyirem belə olan halda musafir oluram mən o kəntdə?Desezki hə.
Bəs yaxşı mən öz evimdə müsafir kimi oruc namaz qılmağım nə dərəcədə düzdü.
Oranı mən özümə ikinci vətən secmişəm.hətta oranı indi qaldığım şəhərdən daha cox isdiyirem muəyyən səbəblərə görə şəhərdə qalıram.
Hələ fikirimdə buduki gələcəkdə orda qalım
- Salman soruşub 6 il əvvəl
- last edited 6 il əvvəl
Doğulub böyüdüyü yeri və ya hazırda yaşadığı yerdən başqa bir yeri vətən seçmək ixtiyari bir iş deyildir. Bunun üçün orda yaşamağın həddləri vardır. Yalnız bu həddləri yaşadıqda o yer insana müvəqqəti vətən hökmünə düşər. Bunun üçün ən 4 il davamlı olmaq şərtilə , hər ayın ən az 7-8 günü olmaqla , gündə 24 saat orda qalmaqla vətən hökmünə düşə bilər. Əgər bu həddən az miqdarda olursunuzsa ora sizə vətən olmaz və orda 10 gündən az qalmaq üçün getdiyinizdə müsafir hökmündəsiniz.
- Kerbelayi Anar Huseyni cavablandırdı 6 il əvvəl
