Məzhəb

Cavablandırılıb
0
0

Salam Aleykum cüməniz Mübarək. Mənim sualım belədir ki insan məcburdu ki Məzhəb seçməyə? Mən hər hansısa məzhəbdə olmaq istəmirəm sadəcə müsəlman olmaq istəyirəm bilirəm onlarda müsəlmandı ama helə olur ki Şiələrində bəzi sözlərini qəbul etmirəm sünnilərində bəzi sözlərini qəbul etmirəm ola bilərmi ki ancaq Müsəlman olasan başqa Məzhəblərə qoşlmayasan? Düzgündürmü? Qurani kərimdə buyurur ki: Ya Peyğəmbər sənin firqə firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur onların İşi Allaha qalıb. Bu ayədəndə məlumdur ki Allah bizim parçalanmağımızı istəmir. Sizin fikriniz önəmlidir. Allah razı olsun Salam Aleykum…..

Mükəmməl cavab
0
1

Salam
Əgər hər ikisində də səhv bildiyiniz nöqtələr varsa, necə olar ki bu dünyada düz olanı bir siz bilmiş olasız?
Mümkünsüzdür.
Demək ki haqq bir yoldadır. Biz məzhəb deyilik. Məzhəb olan sonradan artanlardır ki onların bizlə heç bir əlaqəsi yoxdur.
ALLAHIN bizə kamil etdiyi din Həzrəti Peyğəmbərin(s.a.a.s.) gətirdiyi və Əhli Beytin(ə) rəhbər, imam təyin edildiyi dindir. Sonradan buna qoşulan əlavələr, qəsbkar xəlifələr islamla uzaqdan yaxından əlaqələri yoxdur. Şiəçilikdə, yəni həqiqi İslamda nöqsan yoxdur ki qəbul etməyəsiniz. Ya hansısa mövzunu tam araşdırmamısınız, ya da hansısa mövzunu sizə yanlış izah ediblər. Araşdırmalarınıza davam edin. ALLAHDAN da bu yolda kömək istəyin.

1 nəticə görsənir
Sizin cavabınız