Salam, mən xaricdə oxuyuram və işləmədiyimə görə dövlət mənə və ailəmə aylığ pul ödəyir.
Bu pulun xumsu və zəkatı varmı?
Və maşın almağ üçün boğazımızdan kəsərək pul yığırıq bunu da xumsu zəkata versəm yığmağın bir mənası qalmır. Bu halda yığdığımız pulun xumsu zəkatı varmı?
İndidən çox saqolun.
- Elsen soruşub 7 il əvvəl
- last edited 7 il əvvəl
Hər hansı bir yolla ələ gələn pula xums vacibdir. Əlinizə ilk pul yetişən gün xums gününüz olur. Hər ilin o günü malınızın xumsunu ayırmalısınız. Xums günü yetişdikdə , xums verilmədən o puldan istifadə etmək icazəli deyil.
- Kerbelayi Anar Huseyni cavablandırdı 7 il əvvəl
