Kəbinin qüvvədən düşməsi

Cavablandırılıb
1
0

Hansı hallarda Ərlə qadının kəbini pozulmus olur?
konkret olaraq 3-4 ay bir birlərindən xəbərsiz ayrı qalırlar. Boşanaq kəliməsini tez tez dilə gətirilər? Rəsmi olararaq məhkəməyə müraciət edirlər? Bu və ya digər( hansı) hallarda kəbin pozulur?

Mükəmməl cavab
0
0

Kəbin ya iki nəfərdən birinin ölümü, ya ikisindən birinin kafir olması , ya da təlaq vasitəsilə pozulur. Təlaq isə kişinin razılığı ilə, son yaxınlıqdan ən azı bir heyz müddəti sonra, qadın pak olduğu bir gündə, iki adil şəxsin yanında oxunmalıdır. Ayrı qalmaqla, məhkəmə və sair yollarla kəbin pozulmaz.

1 nəticə görsənir
Sizin cavabınız