Ehzab Suresi 4.aye

Cavablandırılıb
0
0

Qurani Kerimin Ehzab suresinin 4.ayesinde bele buyrulub: ”Allah heckimi daxilen iki urekli yaratmamisdir ” Ama ki GEORGE LİPPERT adlı bir insan iki urekli olaraq dunyaya gelib.. Xais etsem bu haqqda fikirlerinizi izahli olaraq oyrenmek isteyerdim… COXSAGOLUN

Mükəmməl cavab
2
0

Quran Kərimə müraciət edərkən, orda yazılanların zahiri mənasıyla hökm etmək olmaz. Mübarək ayələrin nazil olma yeri və səbəbləri baxımından təfsirə müraciət edilməlidir. Mübarək kitabda bu dünyada kor olanların axirətdə də kor gələcəkləri və cəhənnəmə düşəcəkləri qeyd edilir. Zahiri mənasına baxsaq bütün korların cəhənnəm əhli olduğu görülür. Lakin bu fiziki korluq anlamında deyildir. Haqqı görməyən kafirlər haqqındadır.
Bu qeyd etdiyiniz ayə, Əbu Muəmmər adlı şəxs haqqında nazil olub… Deyirmiş ki məndə iki qəlb var və hər şeyi Peygemberden(s.a.a.s.) yaxşı düşünürəm. Qureyşlilər ona zulqəlbeyn (iki qəlbli) deyirdilər.

1 nəticə görsənir
Sizin cavabınız