Dua

Cavablandırılıb
0
0

Salam. Qisməti bağlı insanın evlənməsi ucun hansı duanı oxumaq olar..

Mükəmməl cavab
0
1

salam

Əmirəl-möminindən (ə) nəql edilir ki, buyurub: “Hər kim evlənmək istəsə, iki rükət namaz qılsın və hər rükətdə “Həmd”dən sonra “Yasin” surəsini oxusun. Namazı bitirəndən sonra Allaha həmd etsin. Bundan başqa bu duanı namazın qunutunda, hər namazdan sonra, səcdədə və ya hər vaxt çoxlu desin.
(“Əllahummə əğnini bihəlalikə ‘ən həramik və bita’ətikə ən mə’siyətik”)
Allahım, məni ehtiyacsız et halalınla haramından, itaətinlə itaətsizliyindən”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Nə zaman sizlərdən biriniz evlənmək istəsəniz, gərək ilk iki rükət namaz qılasanız. Hər rükətdə “Həmd” dən sonra “Yasin” surəsini oxuyun. Namazdan sonra həmd etdikdən sonra deyin:
Allahım, mənə mehriban, qeyrətli, şükür edən həyat yoldaşı əta et ki, əgər ona yaxşılıq etsəm, mənə təşəkkür etsin, əgər ona pislik etsəm, məni bağışlasın. Əgər Allahı yada salsam, mənə yardım etsin. Əgər Allahı unutsam, mənə Allahı xatırlatsın. Əgər onun yanından xaric olsam, (mənim malımı, sirrimi və abrımı) qorusun, onun yanına gələn zaman sevinsin. Əgər ona bir işi əmr etsəm, mənə itaət etsin, əgər onun əleyhinə and içsəm, mənə həmin andı açıqlasın. Əgər ona qəzəblənsəm, məni razı salsın. Ey Cəlal və İkram sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı bəxş et. Mən onu səndən istəyirəm. Mənə bir şey çatmaz, məgər o şey ki, Sən mənə minnət qoyasan və əta edəsən”.
İmam Sadiq (ə) buyurur: “Sizlərdən biriniz nə zaman evlənmək üçün hümmət etdiniz, iki rükət namaz qılın, Allaha həmddən sonra deyin:
“Allahım, mən evlənmək istəyirəm. Mənim üçün qadınlar arasından ən iffətlisini təqdir et. O qadın ki, öz və ərinin malını daha çox qoruyandır. Ruzisi və bərəkəti çox olsun. Mənim üçün elə övladlar təqdir et ki, mənim üçün həyatımda və vəfatımdan sonra saleh varislər olsunlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Taha” surəsini yazar, yaşıl parçaya bükər, elçiliyə gedər – elçiliyi rədd olmaz. Hacəti yerinə yetər”.
İmam Sadiq (ə) buyurur: “Hər kimin elçisi yoxdur və ya elçiliyinə cavab verilmir, “Taha” surəsini yazsın, yusun və suyunu üzünə töksün. Allah evliliyini asan edər”.

1 nəticə görsənir
Sizin cavabınız