Salam aleykum.
1) Dəstəmazda başıma və ya ayaqlarıma məsh çəkmək üçün əlimin içində su quruyarsa və ancaq dirsəkdən biləklərimə qədər olan hissədə nəmlik qalarsa, bu halda dirsəyimdən biləklərimə qədər olan hissələrin hər hansı yerinnən, başıma və ayaqlarıma məsh edə bilərəmi ?
2) Əlimin içinin suyu quruyarsa amma dirsəyimdən biləklərimə qədər olan hissə yaş olarsa və mən o hissələr ilə yox əlim ilə saqqalımdan su götürüb, başıma və ayaqlarıma məsh çəkə bilərəmmi ?
Dirsəyimdən biləklərimə qədər olan hissədə su ola-ola mən üzümdən su götürüb başıma və ayaqlarıma məsh çəkə bilərəmmi ?
Öncədən təşəkkürlər.
- Ceyhun soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
Salam
1. Bəli, icazəlidir.
2. Əldə nəmlik qurumadan saqqaldan su götürmək olmaz. Əldə nəmlik dedikdə dirsəkdən barmaq ucuna qədər olan nəmlik nəzərdə tutulur.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
