Əssələmu aleykum və rahmətullahi və bərakətuh. Sualım dəstəmazla bağlıdır. Mənim üzüm xəstədir. Üzümdə səpgilər var. Üzümə toxuna bilmirəm. Üzümə toxunduqda bu səpgilər daha da artır. Fərqi yoxdur, əllərim təmiz ya da çirkli olsun.Dəstəmaz alarkən üzümü yuyanda dərim həssas olduğu üçün üzümün vəziyyəti daha da pisləşir Bu məni həddindən artıq narahat edir. İmsanlaərın arasına çıxa bilmirəm. Hətta buna görə namazi belə tərk etmişdim. Sualım belədir dəstəmaz alarkən digər əzaları normal bir şəkildə yuyub, lakin üzü əllər ilə yox, yəni suyu əl ilə üzə vuraraq yox, sadəcə üzü krantın altına salıb suyun axması ilə yuya bilərəmmi? Onu da qeyd edim ki bu şəkildə üzün hər tərəfi islanır və zərrə qədər su dəyməmiş yer qalmır. Xahiş edirəm cavab verin, bu formada yuya bilərəmmi üzümü? Allah razı olsun. Əssələmu aleykum və rahmətullahi va bərakətuh.
- Fuad soruşub 8 il əvvəl
- last edited 8 il əvvəl
Salam
Dəstəmaz üçün mütləq əli üzə vurmaq şərt deyil. Adi qaydada dəstəmazınızı alın, üz yumaq yerində dediyiniz kimi üzə bütövlükdə su dəyərsə dəstəmaz səhihdir.
- Kerbelayi Anar Huseyni cavablandırdı 8 il əvvəl
