Bank

Cavablandırılıb
0
0

Sələmun aleykum, ağa. Azərbaycanda müxtəlif özəl banklar, o cümlədən də dövlət bankı var. Bankdan pul götürməklə bağlı cavablarınızın birində oxumuşam ki, yazmısız əgər bankın sahibi müsəlman olmasa o bankdan faizlə verdiyi puldan götürmək olar. Sual budur ki, aydın məsələdir bu özəl bankların sahibləri azərbaycanlıdır, yəni daha dəqiq desək milliyyəti biz necə türk olar da elə türkdülər, amma qaranlıq qalan odur ki, bilinmir həmin bank sahibləri inanclıdırlar və yaxud ibadət əhlidirlər, yoxsa yox. Belə şəxsləri bax biz bilmirik ki, əqidələri nədir. Sadəcə bunu bilirik ki, milliyətcə türkdür. 1-ci sual budur ki, belə bank sahiblərini müsəlman hesab eləməliyik, yoxsa qeyri müsəlman. Ümumiyyətlə “müsəlman olmasa” dedikdə nə nəzərdə tutursuz. 2-ci sual budur ki, dövlət bankından necə zəruri ehtiyac olduqda faizli pul götürmək olarmı? O bank ki, milli bank adlanır azərbaycanda. xahiş edirəm biz başa düşən şəkildə izah edəsiz. Sağ olun.

Mükəmməl cavab
0
0

Yəni ki bank tək bir şəxsə aid olsa olmaz. Bir neçə şəxsin malın olsa bu zaman müştərək sayılır

Mükəmməl cavab
-1
0

Aleykum salam.
Bəli onlar müsəlman hesab edilir. Dövlət və ya müştərək sahibi olan banklardan da istifadə etmək olar. Yəni sahibi tək bir müsəlman olmasın.

0
0

Sələmun aleykum, kərbəlayi-alim, qardaşım. Yazırsız ki, “Dövlət və ya müştərək sahibi olan banklardan da istifadə etmək olar. Yəni sahibi tək bir müsəlman olmasın”. Yenə sual: Axı bu bankların başında olanlar ya dövlət, ya da özəl şəxslərdir ki, onların da ad-familiyaları azərbaycan adlarıdır. Bunlar da deyirsiz müsəlman sayılır və müsəlman da sayılsa belə çıxır pul götürmək olmaz. Belədirmi? Digər qaranlıq qalan budur ki, Yəni yazırsızha “tək müsəlman olmasın” bax bu cümlənin mənası açılmır mənimçün. Xahiş edirəm, bir az sadə şəkildə başa salardız.

3 nəticə görsənir
Sizin cavabınız