ayətül kürsü

0
0

Salam ayətül kürsünü yazardızdə birdə fəzilətləri hakında bilmək isdərəm əvəlcədən təşəkürlər

0
0

Salam

Ayətəl kursi
Bismillаhir-Rәhmаnir-Rәhim
Әllаhu lа ilаhә illа huvәl-hәyyul-qәyyum, lа tәхuzuhu sinәtun vә lа nәvm, lәhu mа fis-sәmаvаti vә mа fil-әrz, mәn zәl-lәzi yәşfәu indәhu illа bi-iznihi, yәlәmu mа bәynә әydihim vә mа хәlfәhum, vә lа yuhitunә bişәyin min ilmihi illа bimа şа-ә, vәsiә kursiyyuhus-sәmаvаti vәl-әrz, vә lа yәuduhu hifzuhumа, vә huvәl-Әliyyul-Әzim (255). Lа ikrаhә fid-din, qәd tәbәyyәnәr-ruşdu minәl-ğәyy, fәmәn yәkfur bit-tаğuti vә yumin billаhi fәqәdis-tәmsәkә bil-urvәtil-vusqа, lәn-fisаmә lәhа, vәllаhu Sәmiun Әlim (256). Әllаhu vәliyyul-lәzinә аmәnu yuхricuhum minәz-zulumаti ilәn-nur, vәllәzinә kәfәru әvliyаuhumut-tаğutu yuхricunәhum minәn-nuri ilәz-zulumаt, ulаikә әshаbun-nаri hum fihа хаlidun

Tərcüməsi:

Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

1 nəticə görsənir
Sizin cavabınız