Atanın icazesi

0
0

Salamun Aleykum. Bir xanım var atası usagligdan ailesinden bosanib ve qızını hardasa17-18 ildi nə axtarır nə də soruşur. Belə olan təqdirdə qızın kəbini kəsilərkən qızın atasının tapılıb icazəsin almag sərtdimi? ve birde Sistani aganin reyine esasen ata qizdan imtina edibse hemen atanin icazesi sert deyil..burdaki imtina dedikde ne nezerde tutulut? illerdi qizini axtarmamag sorursmamag imtina sayilirmi? tesekkurler

0
0

Tapmaq mümkündürsə icazə alınmalıdır. Haqqın olub olmaması övladın təyin edəcəyi məsələ deyil.

0
0

Anladım bir məsələ varki yəni atanı tapmaq olar ama qız atanın onları tərk etdiyini və heç bir haqqa malik olmadığını deyir. Belə olan təqdirdə yenə gərək qızın atasından icazə alınsın? Ata bu vaxta qədər əlində imkan ola ola qızına hec bir atalıq etmiyib 4 yaşından boşanıb tərk edib

0
0

Salam

Ayrı qalmaq imtina hesab edilməz. İmtina , bir insanın öz övladını övladlıqdan çıxarmaq halıdır.
Sualda qeyd edilən halda, yəni əgər atasını tapmaq mümkün deyilsə, ata babasından icazə alınmalıdır. Əgər o da olmasa, qız öz istəyilə ailə qura bilər.

3 nəticə görsənir
Sizin cavabınız