And içmək

Cavablandırılıb
0
0

Salam Aleykum.Mən bir şəxslə(dostumla) danışmayacağıma Allaha and içmişəm üstündən 3 ilə yaxın vaxt ötüb indi isə içdiyim anda peşmanam.Nə edə bilərəm ? Bildiyimə görə Pozulmuş anda görə 3 gün oruc tutmaq kəffarəsi var.Bilmək istəyirdim əgər belə kəffarə movcuddursa mənim onunla danışdığım hər dəfəyə görə 3 gün oruc tutmalıyam yoxsa bir dəfə 3 gün oruc kifayətdir.Bir də bilmək istəyirdimki andını pozsam və 3 gün kəffarə orucu tutsam.Andımı pozduğuma görə haram iş görmüş oluram? Xahiş edirəm sualımı ətraflı cavablandırardınız.Təqlidim Sistani həzrətlərinədir.

Mükəmməl cavab
0
0

Aydındır.
Əgər onunla əlaqə sizi günah fikirlərə və hər hansı mənfi hallara salırsa, ondan ayrı qalmaq sizin xeyrinizədirsə, o zaman andınız səhihdir. Andı pozmağın da kəffarəsi əvvəlcə 10 şəxsi yedirtməkdir. Buna imkan olmadıqda 3 gün ardıcıl oruc tutulmalıdır

Mükəmməl cavab
1
0

Salam

Möminlərin 3 gündən artıq küsülü qalmaqları bəyənilən hal deyil. Seyyid Sistani həzrətlərinə görə andın səhih olması üçün şərtlərdən biri də vacib və bəyənilən bir işin tərki olmasın. Bu halda sizin andınız səhih deyil. Səhih olmayan işin kəffarəsi olmaz.

0
0

İş burasındadır ki o şəxs mömin biri deyil mən ondan küsəndə zinakar biri idi .Onun zinakar günahkar biri olduğna görə and içmişdim danışmayacağam.İndi peşmanam.

3 nəticə görsənir
Sizin cavabınız