Ramazan ayının 12ci gününün duası, imsak və iftar vaxtları

Ramazan ayının 12ci gününün duası, imsak və iftar vaxtları

imsak: 4:08
iftar: 19:50

Ramazan ayının 12-ci gününün duası:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi:

“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi”

İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Qeyd: imsak və iftar vaxtı Bakı vaxtilə nəzərdə tutulmuşdur. Yaxşı olar ki , göstərilən vaxtlardan 10 dəqiqə ehtiyat edilsin. İmsak 10 dəqiqə tez bağlansın, iftar isə 10 dəqiqə gec açılsın.
ALLAH oruc ibadətlərinizi qəbul eləsin…

Paylaş:
Baxış sayı: 6310

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.