Qəza namazı
Qəza namazı
Sual: Üzərində qəza namazı olan və yaxud qıldığı namazların düzgün olmadığına ehtimal verən bir insanın vəzifəsi nədir?
Cavab: Ehtiyat edərək həmin namazları qəza etmək müstəhəbdir.
Sual: Üzərində qəza namazı olan şəxs, müstəhəb namaz qıla bilərmi?
Cavab: Bəli, qıla bilər.
Sual: Üzərində qəza namazı olan şəxs, onları qılmaqda səhlənkarlıq edə bilərmi?
Cavab: Xeyr, səhlənkarlıq edə bilməz. Lakin dərhal yerinə yetirmək də vacib deyildir.
Sual: Namazın vaxtı keçdikdən sonra, qıldığı namazın batil olduğunu anlayarsa, nə etməlidir?
Cavab: Namazını qəza etməlidir.
Sual: Dostlarımızdan biri vəfat etdikdən sonra onun qəza namaz və oruclarını öz aramızda (mömin dostlar arasında) bölüşdürüb qəzasını yerinə yetirə bilərikmi? Məsələn, bir ili bir nəfər öhdəsinə götürsün, 5 ayını digəri, 7 ayını digəri və s.?
Cavab: Maneəsi yoxdur.
Sual: Bir insan namazın əda vaxtında məsələn, zöhr və əsrin bütün vaxtı boyu narkoz təsiri altında olubsa, ayıldıqdan sonra həmin namazların qəzası ona vacib olarmı?
Cavab: Əgər bütün vaxt boyu huşsuz olubsa, qəzası lazım deyil.
Sual: Həddi-büluğa çatmayan uşağın namazı təmrinidir, yoxsa şəridir?
Cavab: Əgər müməyyiz (yəni, yaxşını pisdən ayıra bilən) olsa, şəridir.