Pak əşya necə nəcis olur?

Sual: Pak əşya necə nəcis olur?

Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin rütubətilə sol əlimizə toxunarsa, sol əlimiz də nəcis olar. Sol əlimiz quruduqdan sonra rütubətli paltara toxunarsa, onu nəcis edər. Amma həmin paltar, nəm halda başqa bir əşyaya toxunarsa, onu nəcis etməz. Həmçinin əgər yaşlıq bir əşyadan digərinə keçməyəcək qədər az olarsa, eyni nəcasətin özü olsa belə, təmiz olan əşya nəcis olmaz.

Paylaş:
Baxış sayı: 11802

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two + 17 =