Namaz təqvimlərində olan fərqliliklər
Namaz təqvimlərində olan fərqliliklər
Sual: Namaz vaxtlarının göstərildiyi cədvəllərdə fərqlər var, xüsusilə də sübh və məğrib azanı vaxtı xüsusunda (bunlar əsasən, Şamaxı rəsədxanasının, Tehran və s.təyin etdikləri cədvəllərdir). Bu cədvəllərin hər birini elm əhli müəyyən edir və hər biri də müəyyən dəlillərə əsaslanır. Buna görə də, onların hansının doğru olmasında yəqinlik yaranmır. Burada onlardan hansısa birinə etimad etmək kifayətdirmi, yoxsa bu cədvəllərdə göstərilən vaxtlarda ehtiyat etmək vacibdir?
Cavab: Təqvimdə meyar insanın yaşadığı yerin şəri vaxtları ilə üst-üstə düşməsidir. Ola bilər ki, bəzi yerlərdə onların heç biri şəri vaxtlara uyğun olmasın. Adətən fəcr vaxtı belədir (təqvimlərə uyğun gəlmir). Belə hallarda, ehtiyatı gözləmək lazımdır.