İmam Mehdi (ə) necə tanınacaq?

Cabir ibn Cufi İmam Baqirdən (ə) belə nəql edir: “Ömər ibn Xəttab,
Möminlərin əmiri Əlidən (ə), “Mehdinin adı nədir?” – deyə, soruşdu. Həzrət Əli (ə) buyurdu: “Həbibim Allah rəsulu (s) zühur edənə qədər onun adını deməyimə icazə vermədi”. Ömər soruşdu: “Bəs o zaman xüsusiyyətləri nələrdir?””
İmam (ə) buyurdu: “O, ortaboylu bir gəncdir, üzü və saçları gözəldir. Saçları çiyinlərinə qədər enmiş, üzünün nuru saçı və saqqalının qaralığını aradan aparmışdır. Atam, pakların ən yaxşısının oğluna fəda olsun!” (Şeyx Müfi d, əl-İrşad)

Əli ibn Həmzə İmam Sadiqdən (ə) belə buyurduğunu nəql edir: “Qaim
(ə) qiyam etdiyi zaman sayı beş min olan Bədr mələkləri nazil olacaqlar. Onların
üçdə biri boz atların, üçdə biri ala rəngli atların, üçdə biri də həvv rəngli atların
üzərində nazil olacaqlar”. Soruşdum: “Həvv” nədir?” Buyurdu: “Qırmızı”.(İlamul-Vəra, 431)

Əbülcarud Əbu Cəfər İmam Baqirdən (ə) soruşur: “Əhli-Beytdən (ə)
olan mövcud imam dünyasını dəyişərsə ondan sonra gələn imam nə ilə tanınar?”
İmam (ə) buyurur: “Hidayət və vüqar ilə, həmçinin Muhəmməd (s) ailəsinin
onun fəzilətini təsdiq etməsilə. Həm də bununla tanınar ki, şərqlə qərb arasında
olan istənilən şey barədə ondan sual soruşduqda mütləq cavab verər”. (Biharul-Ənvar, 52/156)

Haris ibn Müğeyrə Nəsridən nəql edilir: Əbu Abdullah İmam Sadiqə (ə) dedim:
– İmam nə ilə tanınar?
– Aramlıq və vüqar ilə
– Başqa nə ilə?
– Onu halal və haramı bilməsilə tanıya bilərsən. Həmçinin insanların ona möhtac olmasından tanıya bilərsən. Allah rəsulunun (s) silahı da onun yanında olur.
– O, vəsi və vəsinin oğlu ola bilər?
– O yalnızca vəsi və vəsinin oğlu ola bilər. (İsbatul-Huda, 3/532)

Yaqub ibn Şüeyb Əbu Abdullah İmam Sadiqdən (ə) belə buyurduğunu nəql edir: “İstəyirsən sənə Qaimin (ə) zühur edəcəyi zaman əynində olacaq köynəyi göstərim?”
Dedim: “Bəli”.
Bundan sonra İmam (ə) göstəriş verdi ki, bir qutu gətirsinlər. Həzrət (ə)
o qutunu açıb oradan bir Kərabis köynəyi çıxardı və onu sərdi. Bu zaman gördüm
ki, köynəyin sağ qolunda qan ləkəsi var. Həzrət (ə) buyurdu: “Bu, Allah rəsulunun (s) köynəyidir. Həzrət Peyğəmbər (s) bunu Ühüdda dişi sınan zaman geyinmişdi. Qaim (ə) bu köynəkdə zühur edəcək”. Mən qan yerini öpüb üzümə qoydum. Sonra Əbu Abdullah (ə) onu bükdü və göstəriş verdi ki, yerinə aparsınlar. (Hilyətul-Əbrar, 2/575)
Əbdürrəhman ibn Kəsir, Əbu Abdullah İmam Sadiqin (ə) “Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin.”(Nəhl, 1) ayəsi barədə buyurdu:
“Ayədə buyurulan Allahın əmri bizim işimizdir. İzzət və cəlal sahibi olan Allah onun barəsində tələskənlik etməməyinizi əmr etmişdir. Allah onu (Qaimi) üç qoşunla qüvvətləndirəcək: mələklər, möminlər, qorxu ilə. Onun xürucu, Allah rəsulunun (s) xürucu kimidir. İzzət və cəlal sahibi olan Allah bu barədə belə
buyurur: “Necə ki, Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları
halda evindən haqq və doğru olaraq (Bədrə) sarı çıxarmışdı”. (Ənfal, 5; İsbatul-Huda, 3/562; Hilyətul-Əbrar, 2/626)

Əbu Həmzə İmam Sadiqdən (ə) belə buyurduğunu nəql edir: “Qaim (ə) qiyam etdiyi zaman döyüş qılıncları nazil olacaq. Hər bir qılıncın üzərində şəxsin adı və atasının adı yazılacaq”. (İsbatul-Huda, 3/542)
Bu yerdə “Kitabul-Ğeybə” əsərinin müəllifi Şeyx Əbu Abdullah ibn İbrahim ibn Cəfər Nümani belə deyir: Bu hədislər üzərində yaxşıca düşünün, ey Allahın əql və bəsirət verdiyi, düşüncə əta etdiyi kəslər. Allah üçün haqqı dirildəcək olan Qaim (ə) imam barədə, onun davranışı, Allahın ona əta etdiyi
fəzilətlər, onun mələklərlə necə dəstəklənəcəyinə dair, o Həzrətin (ə) Allaha itaət yolunda nəfsini və bədənini necə əziyyətə salacağı, qalın paltarlar geyinib quru meyvələr yeyəcəyi barədə nəql olunan hədislərə diqqət edin. Onun Allah yolunda cihad edəcəyi, zülm, haqqsızlıq və tüğyanı necə məhv edəcəyi, insaf, ədalət və yaxşılığı necə yayacağı barədə, həmçinin yanında olan üç yüz on üç nəfər səhabə barədə, onların yer üzünün hakimləri və Qaim (ə) tərəfdən onu idarə edən yardımçılar olması barədə və Allahın onlara kömək üçün göndərdiyi mələklərlə birlikdə yer üzünün şərqini və qərbini necə fəth edəcəkləri barədə nəql edilən hədislərə diqqət edin. Allahın ona verdiyi böyük məqam və mənzilətə baxın. Elə bir məqam ki, ondan əvvəl heç bir imama Allah elə bir məqam verməmişdir. İzzət və cəlal sahibi olan Allah Öz dininin tamamlanmasını və kamala çatmasını, onun bütün dinlər üzərində hakim olmasını və müşriklərin məhv edilməsini onun əli ilə həyata keçirəcək. Allah-taala İslamı bütün dinlərə hakim etməsi barədə Öz Peyğəmbərinə (s) verdiyi vədi onun vasitəsilə həyata keçirəcək. Onun məqamı o qədər ucadır ki, hətta İmam Sadiq (ə) onun barəsində və özü barədə deyir:
Xəllad ibn Səffardan belə nəql edilir: Əbu Abdullahdan (ə) soruşdular:
Qaim (ə) dünyaya gəlibmi?
İmam (ə) buyurdu: “Xeyr. Əgər mən onun zamanında yaşasaydım bütün
həyatım boyu ona xidmət edərdim”. (Əqdud-Durər, 160)
Bunları oxuyub düşünəndən sonra bir də batilə uyanların, azğın və bidətçi dəstənin iddia etdikləri barədə düşünün. Onların iddialarına görə bütün bu deyilən vəsfl ər, xüsusiyyətlər və məqamlar onların rəhbərlərinə və Mehdi olduğunu iddia etdikləri şəxsə aiddir.Halbuki, onun dörd min atlısı və evində Rum və Səqalibədən olan dörd min xidmətçisi var. İndi baxın, heç eşidib görmüsünüzmü ki və ya Allah rəsulundan (s) və pak İmamlardan (ə) sizə hədis çatıbmı ki, haqqı dirçəldəcək olan Qaimdə (ə) bu xüsusiyyətlər olacaq?! Bu şəxs bu qədər uzun müddət ərzində və bu qədər adamla birgə Əbu Yəzid Əməvi ilə müharibə aparıb. Bir də Əbu Yəzid ona qalib gəlib onu məğlub etdi, sonra da o, Əbu Yəzidə qalib gəldi. Sonra qələbəsindən və güclənməsindən sonra Məğribdə öz hakimiyyətini qurdu. Lakin dünya elə əvvəlki halında da qaldı. Siz öz təmiz ağlınız və zəlalətdən uzaq olan düşüncənizlə bilirsiniz ki, Allah imkan verməz ki, belə bir şəxs haqqı bərqərar edən Qaim (ə) olsun. Öz dininin yardımçısı, yer üzərində xəlifəsi və Peyğəmbərinin (s) şəriətini dirçəldən şəxs olsun. Korluqdan, lallıqdan, azğınlıq və karlıqdan Allaha sığınırıq. Hədislərdə qeyd edilən bütün bu xüsusiyyətlər Rəhmanın xəlifəsinin, bütün dinlərə qalib gələcək şəxsin, insanlar və cinlər qarşısında yardım olunan kəsin, elm və bəyan sahibinin, Quran və Furqan elmlərinin hafi zinin, tənzil və təvili, möhkəm və mutəşabehi, xüsusi və ümumini, zahir və batini bilənin, Qurani Kərimin digər məna və təfsirlərindən, elmi incəliklərindən, gizli sirrlərindən və onda olan Allahın böyük adlarından agah olan şəxsin xüsusiyyətləridir. O şəxsin xüsusiyyətləridir ki, İmam Sadiq (ə) onun barəsində buyurur: “Əgər mən onun zamanında yaşasaydım, bütün ömrümü ona xidmətdə keçirərdim”. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Vilayət nemətinə və hidayət nuruna görə sonsuz həmd və şükrlər olsun Ona. Ondan öz kərəm və comərdliyinə and verib istəyirik ki, öz lütflərini daha da çox etsin.

“Zühur ilinin əlamətləri” kitabından

Paylaş:
Baxış sayı: 21653

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir