İki namazın birlikdə qılınması düzgündürmü?!

İki namazın birlikdə qılınması
düzgündürmü?!
“Bir kəs iki namazın biri-birinin ardınca qılınması haqda İmam Sadiq (ə)-dan soruşdu: İmam Sadiq (ə) belə buyurdu: Rəsulullah artıq bunu etmişdir və istəyi də bu olmuşdur ki, ümmətini həmin əməllə rahat etsin.” “Vəsailu-Şiə”, c:2, səh:161
Digər bir hədisdə İmam Sadiq (ə)-dan belə nəql olunur: “Həqiqətən Rəsulullah heç bir səbəb olmadan zöhr və əsr namazlarını ardıcıl şəkildə qıldı. ömər(L) ona dedi: Ya Rəsuləllah, namazda bir şeymi baş verdi? Peyğəmbər (s) buyurdu: Yox, heç nə baş vermədi, lakin istədim ki, ümmətim üçün asanlıq yaransın.” “Vəsailuş-Şiə”, c:2, səh:161
Hənbəli Məzhəbinin imamı, Əhməd ibni Hənbəl “Əl-Müsnəd” adlı kitabının 1828 nömrəli hədisində ibn Abbasdan belə nəql edir: “Həzrəti Peyğəmbər (s) Mədinədə sakin olub səfər etmədiyi halda yeddi rü-kət (məğrib və işa) ilə səkkiz rükəti (zöhr və əsr namazlarını) birlikdə qıldı.”
Maliki Məzhəbinin qurucusu olan İmam Malik “Əl-Müvəttə” adlı hədis kitabının 300 nömrəli hədisində ibn Abbasdan belə nəql edir: “Həzrəti Peyğəmbər (s) bir qorxu və müsafirətdə olmadığı halda zöhr namazı ilə əsr namazını və məğrib namazı ilə işa namazını birlikdə qıldı.”
İbn Abbasdan belə nəql olunur: “Rəsulullah (s) Mədinədə ikən, bir qorxu və yağış olmadığı halda zöhr ilə əsr, məğrib ilə işa namazlarını birlikdə qılardı.” Ravi deyir: Mən ibn Abbasdan soruşdum: “Rəsulullah nəyə görə belə edərdi?” İbn Abbas belə cavab verdi: “(Ondan sonra) Ümmətinin çətinliyə düşməməsi üçün.”
“Səhihi Buxari”, Hədis: 510,
“Səhihi Müslim”, Hədis: 1146,1147 və 1153,
“Səhihi Tirmizi”, Hədis: 172,
“Səhihi Nəsai”, Hədis: 2426.
Paylaş:
Baxış sayı: 10014

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten − 10 =