Evdən çıxan zaman oxunan bir neçə dua

Evdən çıxan zaman oxunan bir neçə dua

1. İmam Sadiqdən (ə) belə nəql olunmuşdur: Öz evindən çıxıb başqa yerə getmək istəyən şəxs üç dəfə “Əllahu Əkbər”, üç dəfə
Allahın adı ilə çıxır, Allahın adı ilə daxil olur və Allaha təvəkkül edirəm.
desə və sonra
İlahi, üzümü tutduğum tərəfi xeyrə aç, günümü xeyirlə bitir və məni ixtiyarı Sənin əlində olan hər bir heyvanın (canlının) şərindən qoru! Həqiqətən, mənim Rəbbim doğru yoldadır.
duasını oxusa, evə qayıdana qədər Allah taala ona zamin durar.
2. İmam Zeynəlabidindən (ə) nəql olunmuşdur ki, evinizdən çıxdığınız zaman deyin:
Allahın adı ilə! Allaha iman gətirdim və Allaha təvəkkül etdim.
3. İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs evdən çıxdığı zaman
Allahın adı ilə! Allah mənə yetər. Allaha təvəkkül etdim. İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram!
duasını oxusa, Allah-Taala onun dünya və axirət işlərində olan qəm-qüssəsini aradan aparar.
4. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, evdən çıxdığığınız zaman belə deyin:
Allahın adı ilə! Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, Səndən ardınca getdiyim işin xeyrini istəyir və onun şərindən Sənə pənah aparıram! İlahi, mənə Öz lütf və mərhəmətini artır, nemətini tamamla, məni Öz itaətinlə məşğul et, dərgahında olanlara müştaq et, Sənin və Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) təriqətində dünyadan apar!
5. İmam Rza (ə) buyurmuşdur: “Atam evdən çıxıb səfərə getmək istədikdə, bu sözləri deyərdi:
Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahın güc və qüdrəti ilə evdən çıxdım. Öz güc və qüdrətimlə yox, əksinə Sənin güc və qüdrətinlə evdən çıxdım. Ey Rəbbim, üzümü Sənin ruzinə doğru tutmuşam, onu afiyətlə mənə əta et!
6. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, evdən çölə çıxdıqda, on dəfə “İxlas” surəsini oxuyun, çünki Allah taala onu oxuyan şəxsi öz evinə qayıdana qədər qoruyub saxlayar.
7. İmam Kazim (ə) buyurmuşdur: “Səfərə getmək istəsəniz, evin qapısının kandarında durub “Həmd” surəsini dörd tərəfinizə oxuyun. Həmçinin “İxlas”, “Fələq” və “Nas” surələrini oxuduqdan sonra belə deyin:
İlahi, məni və mənimlə birgə olanları qoru, məni və mənimlə birgə olanları salamat saxla və məni və mənimlə birgə olanları gözəl şəkildə məqsədə çatdır!
8. Yenə də o həzrətdən belə nəql olunmuşdur: “Hər kəs evdən kənara getmək istəsə, belə desin:
Allahın adı ilə! Allaha iman gətirdim və Allaha təvəkkül etdim. Allahın istədiyi mütləq gerçəkləşir. Allahdan başqa güc və qüdrət yoxdur.

Paylaş:
Baxış sayı: 11937

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two × 2 =