Dəccal hədisi

Nəzzal ibn Səbrət deyir: “Əli ibn Əbi Talib (ə) bizə bir xütbə oxudu.
O, Allaha həmd- səna edib, Muhəmməd (s) və onun ailəsinə salavat göndərdikdən
sonra buyurdu: “Ey camaat! Məni itirməzdən əvvəl istədiyinizi soruşun”.
Həzrət (ə) bu cümləsini üç dəfə təkrar etdi.
Səsəə ibn Suhan ona tərəf durub dedi: “Ey Möminlərin əmiri! Dəccal nə
zaman zühur edəcək?”
Əli (ə) buyurdu: “Əyləş. Allah sənin kəlamını eşitmiş və istədiyini bilmişdir.
Allaha and olsun ki, bu məsələdə sual olunan sual verəndən daha bilikli
deyil. Ancaq onun üçün əlamət və nişanələr var ki, addım-addım uyğun bir
şəkildə bir-birinin ardınca gəlir. Əgər istəsən, səni bundan agah edə bilərəm”.
Səsəə dedi: “Bəli, ey Möminlərin əmiri!”
Həzrət Əli (ə) buyurdu: “Yadda saxla, onun əlamətləri o zamandır ki, camaat
namazı öldürəcək, əmanəti zay edəcək, yalanı halal sayacaq, hündür binalar
olacaq, sələm yeyəcək, rüşvət alacaq, dini dünyaya satacaq, səfehlərdən
istifadə edəcək, qadınlarla müşavirə aparacaq, nəfsi istəklərə uyacaq, qohumlarla
əlaqəni kəsəcək, qan tökməyi ucuz tutacaqlar. Habelə, helm zəifl ik, zülm fəxarət, əmirlər pozğun, vəzirlər zülmkar, ariflər (camaatın başında duran
məmurlar) satqın, qarilər fasiq olacaq, yalan yerə şəhadət aşkar olacaq, əxlaqsızlıq,
böhtan, günah, tüğyankarlıq məşhur olacaq, Quranlar bəzədiləcək,
məscidlər süsləndiriləcək, minarələr uzadılacaq, pis adamlara hörmət ediləcək,
cərgələr izdihamlı və qəlblər fərqli olacaq. O cümlədən, əhdlər pozulacaq, vəd
olunan yaxınlaşacaq, qadınlar dünyaya hərislik ucbatından ərlərilə ortaqlıq edəcək,
fasiqlərin səsləri ucalacaq, onlara qulaq asılacaq. Qövmün başçısı onları ən
alçağı olacaq, əxlaqsız adamdan onun şərrindən qorunmaq üçün qorxuya görə
çəkiniləcək, yalanı təsdiq ediləcək, xəyanətkarlara etimad bəslənəcək, müğənni
qadınlar və çalğı alətləri təsdiq ediləcək, bu ümmətin sonuncusu birincisinə
lənət oxuyacaq, qadınlar yəhərə minəcək, qadınlar özlərini kişilərə, kişilər özlərini
qadınlara bənzədəcək, şahidlik edən şahid tutulmadan şahidlik ediləcək,
digəri dində fəqih olmadan camaat üçün qəzavət edəcək, dünya əməlini axirətə
dəyişəcək, canavar qəlblərə qoyun dərisi geyinəcəklər. Onların qəlbləri leşdən
də betər qoxu verər və zəhərdən də acı olar. Elə bu zaman tez ol, sonra isə tələs,
tələs! Həmin gün ən yaxşı yer Beytul-Muqəddəsdir. Camaata elə bir zaman üz
verər ki, hər biri oranın sakini olmağı arzulayar”.
Bu zaman Əsbəğ ibn Nübatə ayağa duraraq soruşdu: “Ey Möminlərin əmiri,
Dəccal kimdir?”
Həzrət (ə) buyurdu: “Dəccal, Said ibn Seyddir. Onu qəbul edənlər bədbəxtlərdir.
Və xoşbəxt o adamdır ki, onu inkar etsin, qəbul etməsin. O, İsbəhan (İsfahan)
adında şəhərin bir yəhudi kəndindən çıxacaq. Sağ gözü yoxdur, sol gözü
isə alnındadır və dan ulduzu kimi parıldamaqdadır. Və həmin gözün içində qanlı
ət var. İki gözünün arasına hər savadlı və savadsızın oxuya biləcəyi şəkildə
“kafir” sözü yazılmışdır. O, dəryalara girir və Günəş də onunla birlikdə hərəkət
edir. Onun qarşısında dumanlı və arxasında isə ağ bir dağ var. Camaat onu
yemək zənn edəcək. O, şiddətli qəhətlik zamanı üzə çıxacaq. Onun hər addımı
bir “mil” (qədim ölçü vahidi) olan ağ rəngli miniyi var. O, bununla məntəqələri
bir-bir arxada qoyur və kənarından keçdiyi elə bir su yoxdur ki, Qiyamətə kimi
yerə çəkilməsin. O, məğrib və məşriqin arasında olan bütün cin, şeytan və insanların
eşidə biləcəyi bir şəkildə fəryad edəcək: “Mənim dostlarım! Yanıma
gəlin. Mən, varlıqları xəlq edən, onu nizama salan, hər şeyi ölçüyə salan və
hidayət edən allaham. Mən sizin uca məqamlı rəbbinizəm!” O, Allah-taalanın
düşmənidir, yalançıdır. Onun bir gözü var, qarını var, yemək yeyir, bazarlarda
yol gedir, halbuki sizin Allahınız və Rəbbiniz bir gözlü deyil, yemək yeməz,
yol yeriməz və məhv olmaz. O, belə şeylərdən münəzzəhdir, uzaqdır. Dəccala
tabe olanların çoxu haramzadələrdir və əyinlərinə yaşıl tilsan (tikişi və kəsiyi
olmayan bədəni örtən uzun geyim) geyərlər. Allah-taala cümə günü günortadan
qabaq onu Şamdakı Əfi d dərəsində Məryəm oğlu İsa Məsihin (ə) namazda iqtida edəcəyi şəxsin əlilə qətlə yetirəcək. Bilin ki, bundan sonra böyük fəlakət
baş verəcək”.
Biz soruşduq: “Nədir o ?”
Həzrət (ə) buyurdu: “Səfa dağından yerdən bir canlının çıxmasıdır ki, onun
üstündə Süleyman ibn Davudun (ə) üzüyü və Musanın (ə) əsası var. O üzüyü hər
bir möminin üzünə qoyduqda orada “bu həqiqi mömindir” – deyə, həkk olunar.
Hər bir kafi rin üzünə qoyduqda isə, “bu həqiqi kafirdir” yazısı həkk olunar. O
həddə qədər ki, mömin nida çəkər: “Ey kafi r! Vay olsun sənə!” Kafir isə: “Ey
mömin! Xoş olsun sənə! İstərdim mən də sənin kimi olum və böyük uğura çatım”
– deyə, nida çəkər. Sonra həmin canlı başını qaldırar. Allahın izni ilə məğrib və
məşriq arasında olan hamı onu görər. Bu ondan sonra olacaq ki, Günəş öz məğribindən
doğacaq. Bu əsnada tövbə qaldırılacaq. Buna görə də, nə bir tövbə qəbul ediləcək, nə də bir əməl yüksələcək. Əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcək”.
Sonra buyurdu: “Bundan sonra nə baş verəcəyinə dair məndən başqa heç nə soruşmayın, çünki Həbibim Allah rəsulu (s) məndən əhd-peyman almışdır ki, onu ailəmdən başqasına deməyim”.
Nəzzal ibn Səbrət dedi: “Səsəə ibn Sühana dedim: “Ey Səsəə, İmam (ə)
bununla nəyi nəzərdə tuturdu?”
Səsəə dedi: “Ey ibn Səbrət, o kəs ki, İsa ibn Məryəm (ə) onun arxasında
namaz qılacaq, itrətdən olan on ikincisi, Hüseyn ibn Əlinin (ə) övladlarından
doqquzuncusudur. Məğribindən doğacaq Günəş odur ki, rükn və məqamın yanında
zühur edəcək. O, yer üzünü təmizləyəcək, ədalət mizanını qoyacaq. Belə ki, heç kəs heç kəsə zülm etməyəcək. Möminlərin əmiri Əli (ə) xəbər vedi ki, onun həbibi Allah rəsulu (s) ondan əhd-peyman alıb ki, bundan sonra nələrin baş verəcəyini itrəti olan imamlardan (ə) başqa heç kəsə danışmasın”.

Paylaş:
Baxış sayı: 39843

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir