İmama tabe olmadan edilən ibadət

İmama tabe olmadan edilən ibadət

1.İbni Əbu Nəsr İmam Rzadan(ə), “Allahın düz yolunu qoyub öz həva-həvəsinin ardınca gedənlərdən daha çox yoldan azmış kim olar” ayəsinin izahını soruşur. İmam Rza(ə) buyurur: “Öz həva-həvəsini , öz şəxsi fikrini din halına gətirib hidayət imamlarından birinə teba olmayan kəs nəzərdə tutulmuşdur.” (Usuli-kafi,cild3,hədis966)

2.Məhəmməd ibn Muslim İmam Məhəmməd Baqirdən(ə) belə eşitdiyini rəvayət etmişdir: “Allahın bildirdiyi imamı tanımadan özünü yoraraq Allaha ibadət edən kəsin bu səyi qəbul edilməz. O, yolunu azmışdır. Allah onun əməllərini bəyənməz. O, öz çobanından ayrılmış və itmiş qoyuna bənzəyər. Gününü ora-bura qaçmaqla, gedib-gəlməklə keçirər. Axşam olduqda çobanına aid olmayan bir sürü görər. Bu sürüyə tərəf yönələr və onlara aldanar. Gecəsini bu sürünün ağlında keçirər. Çoban sürüsünü otarmaq istədikdə, çobanı və sürünü tanımaz. Çobanını və sürüsünü tanımaq məqsədilə ətrafa nəzər salar. O zaman başında çoban olan başqa bir sürü görər. Ona tərəf yönələr və onlarla aldanar. Çoban ona səslənər: “Öz çobanına və sürünə qoşul! Çünki sən itmisən. Çobanından və süründən ayrılmış bir çaşqınsan.” Həmin qoyun yenə çaşqın halda ordan qaçar. Otlağına aparacaq və ya ona yönələcək bir çobanı olmadan gedib-gələr. O, belə gəzib-dolanarkən bir canavar da bunu fürsət bilib onu tutar və yeyər. Bax belə!
Ey Məhəmməd! Allaha and olsun ki, ümmətdən Azzə və Cəllə olan Allahın tərəfindən təyin edilən açıq və adil olmayan kəs azmış, yolunu itirmişdir. Əgər bu halda ölsə, bir cür küfr və münafiqlik üstə ölər. Ey Məhəmməd! Bil ki, zülm başçıları və onlara tabe olanlar, Allahın dinindən təcrid edilmişlər. Özləri azdıqları kimi başqalarını da azdırmışlar; Onların etdikləri əməllər tufanlı bir gündə üzərinə şiddətli külək əsən külə bənzəyər. Onlar qazandıqları şeylərdən heç nə əldə etməzlər. Haqqdan dönüb uzaq düşmək bax budur(İbrahim surəsi,18)”. (Usuli-kafi,cild3,hədis967)

3.Abdullah ibn Yəfurdan belə nəql edilir: İmam Cəfər Sadiqə(ə) dedim: “Mən insanların arasına girirəm. Bəzi insanlar arasında təəccübüm hər gün bir daha da artır. Bunlar sizin qəyyumluğunuzu qəbul etmir, filan və filankəsin qəyyumluğuna inanırlar. Bunun əksinə son dərəcə inanılan, düz sözlü və sözünün üstündə duran kəslərdir. Bəziləri isə əksinə, sizin qəyyumluğunuzu qəbul etdikləri halda, onlar qədər sözü düzgün və sözünün üstündə duran deyillər.”
İmam(ə) oturduğu yerdən qalxdı və qəzəbli halda mənə baxıb buyurdu: “Allah tərəfindən təyin edilməyən, zalım hökmdarın rəhbərliyi altında Allaha qulluq edən kəsin dini yoxdur. Allah tərəfindən təyin edilən ədalətli bir imamın himayədarlığı altında Allaha ibadət edən kəs üçün isə, məzəmmətdən söhbət belə gedə bilməz.”
Mən dedim: “Onların dini və bunlar üçün də danlaq yoxdurmu?”
İmam(ə) buyurdu: “Bəli, onların dini və onlar üçün də danlaq yoxdur. Azzə və Cəllə olan Allahın bu ayəsini eşitmədinmi? Allah iman edənlərin dostudur, onları zülmətlərdən nura çıxardar(Bəqərə surəsi,257). Yəni günahların zülmətindən , tövbə və bağəşlanma nuruna çıxardar. Çünki onlar, Allah tərəfindən təyin edilən ədalətli imamın qəyyumluğunu qəbul edirlər. Kafirlərin dostu isə Tağutdur, onları nurdan zülmətlərə salarlar(Bəqərə surəsi 257).” (Usuli-kafi,cild3,hədis968)

4.Həbib əs-Sicistani İmam Məhəmməd Baqirin(ə) belə buyurduğunu nəql edir: Allah buyurmuşdur: Mən islamda hər bir zalım rəhbərin qəyyumluğu altında qulluq edən bütün dəstələrə mütləq əzab verəcəm. Bunların əməlləri yaxşı və təqva sahibi olsalar da o əzabı verəcəm. İslamda Allah tərəfindən səlahiyyət verilən bütün ədalətli imamların qəyyumluğu altında ibadət edən bütün dəstələri qəti şəkildə bağışlayacam. Bunlar şəxsi olaraq zülm və pislik edən kəslər olsalar berlə bağışlayacam. (Usuli-kafi,cild3,hədis969)

5.Abdullah ibn Sinan İmam Cəfər Sadiqdən(ə) belə rəvayət edir: “Allah, əməlləri yaxşı, müttəqi olsalar da, Allah tərəfindən səlahiyyət verilməyən imamın qəyyumluğu altında ibadət edən bir ümmətə əzab verər. Allah, şəxsi əməlləri baxımından zalım və pislik edən olsalar da, Allah tərəfindən səlahiyyət verilən bir imamın qəyyumluğu altında ibadət edən bir ümmətə isə əzab verməz.” (Usuli-kafi,cild3,hədis970)

6.Fudayl ibn Yəsər, İmam Cəfər Sadiqdən(ə), o da Həzrət Peyğəmbərdən(s) nəql edir: “Bir imamı olmadan ölən kəs, bir növ cahiliyyə üzrə ölər.”
Soruşdum: “Rəsulullah(s) elə beləcə də buyurdumu?”
İmam(ə) buyurdu: “Bəli, Allaha and olsun ki, belə dedi.” (Usuli-kafi,cild3,hədis971)

7.Abdul Kərim ibn Amr Əl-Vəşşaya İbni Əbu Yəfurdan rəvayət edir: İmam Cəfər Sadiqdən(ə), Rəsulullahın(s) “Bir imamı olmadan ölən kəs bir növ cahiliyyə üzrə ölər” sözünü soruşdum. Yəni, bir növ küfr üzrəmi ölər?
İmam(ə) buyurdu: Bəli, azğınlıq ölmü üzrə. (Usuli-kafi,cild3,hədis972)

8.Haris ibn Muğirə belə rəvayət etmişdir: İmam Cəfər Sadiqə(ə) dedim: “Həzrəti Rəsulullah(s), imamı olmadan ölən kəs, bir növ cahiliyyə üzrə ölmüşdür – deyə buyurubmu?”
İmam(ə) buyurdu: “Bəli”.
Dedim: “Burada nəzərdə tutulan cahiliyyə, cahilləri yoxsa imamını tanımayan kəslərmi?”
İmam(ə) buyurdu: “Küfr, nifaq, azğınlıq cahiliyyəsi…” (Usuli-kafi,cild3,hədis973)

9.Mufəzzəl ibn Ömər İmam Cəfər Sadiqdən(ə) belə eşitdiyini nəql edir: Doğru bir imamı dinləmədən Allaha qulluq edən kəsi , Allah mütləq məşəqqət və sıxıntıya məhkum edər. Kim Allah tərəfindən özünə bir qapı açılmadan bu cür sözə müxətab olduğunu iddia edərsə, o kəs müşrikdir. Bura, Allahın gizli sirrlərinin əhatəsində olan qorunmuş bir qapıdır. (Usuli-kafi,cild3,hədis974)

Paylaş:
Baxış sayı: 13055

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.