1. Zelzele bas verib bir nece saniye erzinde qurtrarsa ayet namazi ne vaxt qezadir?umuiyytle ayet namazi ne zaman qeza olur xahis ederdim ki etrafli yazasiniz cunki risalede az melumat verilib
2. Menim verdiyim borcu haram pulnan qaytarillarsa bes men pulumu nece alim onnan ancaq qazanci haramdandir?cox sagolun minnetdaram size eziyyet verirem
- Anar soruşub 9 il əvvəl
1. Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman ehtiyat edərsə və əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində təxirə salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər təxirə salarsa, onu sonradan əda və ya qəza niyyəti etmədən qılması ehtiyat-müstəhəbbdir.
2. Əgər haramdan olmasına yəqinliyiniz olmasa o məbləği ala bilərsiniz. Amma haramdan olmasına yəqinliyiniz olsa, ala bilməzsiniz və halaldan verməsini tələb etmək haqqınız vardır.
- admin cavablandırdı 9 il əvvəl