Xüms çıxarılması

Cavablandırılıb
0
0

Salamun Aleykum. Xüms Necə çıxarılır? Çıxarılan pulu nə etməli? Və əgər imkanı olmadığı halda evi başa vurduğdan sonra çıxara bilermi?

Mükəmməl cavab
0
0

Aleykum salam
Xüms hər bir mömin üçün ildə ən azı bir dəfə vacibdir. İldə bir dəfə vermək istəyənlər üçün ilin hicri və ya miladi təqvimilə bir gün tutulur. Hər ilin həmin günü gəlib yetişdikdə həmin mömin özündə olan, alacağı olan pulu hesablayır, həmçinin ili ərzində aldığı lakin bir dəfə də olsun işlətmədiyi əşyaları da həmçinin hesablayır. Ümumi məbləğin 5də birini ayırır.
İmkanın azlığı çoxluğu xüms üçün keçərli deyil. Az puldan az hissə çıxır, çox puldan çox hissə. Hər bir halda xüms günü üçün təyin etdiyimiz gün bizə məxsus olan malın 5də 1ni ödəməliyik.
Xüms bu maldan istifadə haqda şəri hökmləri bilən ruhani insanlara verilməlidir. Xümsün yarısı mömin fəqir seyyidlərin, yarısı da islam təbliğatı yolunda çalışanlar və ya çalışdıqları içlər üçün məsrəf edilir.
Xümsü bir il tamamından başqa bir günə təxirə salmaq icazəli deyil. Xüms günü yetişərkən xümsü ayırmadan o puldan istifadə etmək haramdır.

1 nəticə görsənir
Sizin cavabınız
Adınız*
E-poçtunuz