Bütün dünyada toyuq istehsalında onların kəsilməsi əllə deyil, avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu artıq adi hal alıb. Bu halda onların üzərində “Bismillah” deyilməsi inandırıcı gəlmir. Bu barədə rəyiniz necədi? Bu toyuqları yemək olar ya yox? Allahın adını cihaz vasitəsilə səsləndirmək olar?
- Elnur soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Salamun aleykum
Əgər toyuqlar, başları kəsilərkən üzü qibləyə olsalar və cihazı yandıran şəxs müsəlman olsa, belə ki, cihazı yandıranda Allahın adını çəkirsə, bu iş iki şərtlə icazəlidir: 1. Müsəlman şəxs Allahın adını dilinə gətirməlidir və səsi yazmaq kifayət etmir. 2. Toyuqların başlarının kəsilməsi bir dəfəyə və eyni vaxtda olsa, Allahın adını bir dəfə çəkmək kifayətdir. Amma tədrici olarsa, Allahın adını bir dəfə çəkmək kifayət etmir. Yalnız az sayda misal üçün üç-dörd toyuq üçün bir dəfə demək olar. Amma sayları çox olsa və başları tədrici şəkildə kəsilsə, bir dəfə Allahın adını çəkmək kifayət etmir və ardıcıl “Bismillah” demək lazımdır.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl