Salam Aleykum günümüzdə bir çox şəxs müvəqqəti nikahı fahişə (əxlaqsız) qadınlarla həyata keçirirlər.Bir çox şəxs bunun sadəcə məkruh olması haram olmamasını irəli sürür.Sistani ağanın rəyinə görə isə fahişə qadınla mütə nikahı bağlamaq ehtiyata əsasən haramdır.Sisatani ağaya təqlif edən şəxslər bu mövzuda başqa ələm müctegidlərə üdul edərək özlərinə haqq qazandırırlar.Bir fahişə qadına görə başqa müctehidə üdul etmək nə dərəcədə doğrudur?
- Habil soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Salam
Bu işlər şəri hökmü bilməməzlikdən edilir. Nəfsi istəklər ilk yaranışdan bəri insanlar üçün, xüsusən möminlər üçün imtahan vasitəsidir.
Bir fəqihin ehtiyat etdiyi yerdə üdul etmək olar. Lakin ələm bir müctəhidin müqəllidi bu məsələdə ikinci ələmə müraciət etməlidir. Nəinki istədiyi fəqihə. Qətiyən olmaz. Seyyid Sistanidən üdul etmək istəyən , növbəti ələmlər olaraq Xorasaniyə , Həkimiyə üdul etməlidirlər ki , ələmlər arasında buna izn verən də zatən yoxdur.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl
