Muhemmed suresi

Cavablandırılıb
0
0

Salam.Muhemmed suresi 19cu ayesinde Allah Təala buyurur:Öz gunahlarin momin kisi və qadinlarin gunahlari üçün Allahdan bagislanma dilə..Zehmet olmasa bu ayeni açiqlayardiz.Peygember(s)a verilən o gunah barede açiqlayardiz.

Mükəmməl cavab
0
0

Salamun aleykum.
Allah Rəsulunun (s.ə.v.s) istiğfar etməsi
Allah təbarəkə və təala Qurani kərimdə belə buyurur:
“Bil ki, Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur. Sən həm öz günahların üçün, həm də mömin kişilərin və möminə qadınların günahları üçün istiğfar et!….”
Muhəmməd surəsi, ayə 19.
“Günahın üçün istiğfar et” kəliməsi Ğafir surəsinin 55-ci ayəsində də gəlmişdir. Lakin bizim buna yəqinimiz var ki, bütün peyğəmbərlər məsumdurlar. Ayədəki bu istiğfar kəliməsindən məqsəd aşağıda deyilənlərdən biridir:
1 İstiğfar, öz-özlüyündə bir ibadətdir. Onun olması hər hansı bir günahın baş verməsinə bağlı deyil.
2 İstiğfar, bəyənilən bir işin tərkinə görə baş verə bilər. Yəni, peyğəmbərlər üçün edilməsi yaxşı olan bir işin tərki üçün.
3 İstiğfar, insanlara öyrətmək məqsədilə edilə bilər.
4 İstiğfar, Allah yanında dərəcə və məqamın yüksəlməsindən ötrü edilə bilər.
5 İstiğfar, insanların peyğəmbərlər barəsində etdikləri günaha görə ola bilər.
6 İstiğfar, şərt deyil ki, hər hansı bir təqsirdən ötrü edilsin. Qüsurdan, naqislikdən ötrü də edilə bilər. Belə ki, insan Allahın izzəti vı əzəməti qarşısında öz naqisliyini və acizliyini gördüyü anda bağışlanmaq üçün istiğfar edə bilər.
Allahın peyğəmbərə istiğfar etmək barəsində olan əmri tək Rəsuli-Əkrəmlə kifayətlənmir. Davud, Musa və İbrahim (əleyhimus-səlam) peyğəmbərə də bu dəvət olmuşdur.
Mömin kişi və xanımlarçün olan istiğfara gəlincə, Quranda bir neçə yerdə gəlmişdir ki, İbrahim (ə) öz vaıideynləri üçün, möminlər üçün və öz əmisi üçün belə istiğfar etmişdir. Həmçinin, Yəqub (ə) öz oğlanları üçün də istiğfar edir. Musa (ə) öz qardaşı üçün istiğfar edir və … Bu ayədəki istiğfar, peyğəmbərin möminlərə qarşı olan şəfaətin növlərindən biridir.

1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website