Əssələçu ələykum.
1. Mənim növüm vəqtiyyə və ədədiyyədi. Vaxtımdan 4 gün sonra heyz olduqda növüm eynj olaraq qalırmı? Ümumiyyətlə vəqtiyyə və əddədiyyə, vəqtiyyə xanım öz vaxtından neçə günqabağa və sonraya ata bilər?
2. Namazın şikəstə qılınması üçün müsafir məsafəni evdən, ya şəhərdən hesablamalıdır? Mən Bakı şəhəri nizami rayonunda yaşayıram
.mən məsafəni nizamı rayonunun sonundan hesablamalıyam yoxsa bakı şəhərindən?
- Rövşanə soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Aleykum salam
1. Əgər adət günündən əvvəl qan görməyinə qadınlar arasında heyzin tez gəlməsi deyilirsə, haizə aid olan hökümləri icra edəcək. Amma 3 gün ardıcıl davam etməsə mamazlarını qəza edəcək.
2. Namazın qəsr olması üçün gediş gəliş birlikdə 44km.dən çox olmalıdır. Bu məsafə yaşadığınız məntəqənin çıxışından hesablanır. Bakı şəhərində yaşayırsınızsa Bakı şəhərinin çıxış nöqtəsində hesab edəcəksiniz. Yox əgər Bakının kəndlərində yaşayırsınızsa o zaman həmin kəndin çıxış nöqtəsindən hesab etməlisiniz.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl