namaz

Cavablandırılıb
0
0

Gece namazi nece qilinir

Mükəmməl cavab
0
0

Gecə namazı 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli Şəf namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan Vitr namazı əda edilir.

Şəf namazının qılınma qaydası:
Şəf namazı qılıram qürbətən iləllah+Təkbir

1-ci rikət: Fatihə+İxlas+Nas+Ruku+Səcdələr

2-ci rikət: Fatihə+İxlas+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Bir daha qeyd edək ki, Şəf namazının qunutu yoxdur).

Vitr namazının qılınma qaydası:
Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə “Əstəğfirullahə rabbi və ətubu ileyh”, 70 dəfə “Həzə məqamul-`aizi bikə minən-nar”, 300 dəfə “əl-Əfv”, 40 dəfə “Allahumməğfirlil-mumininə vəl-muminat” və 40 dəfə “Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini yaxud birini yasxud heç heç birini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar. Amma yaxşı olar ki, 70 dəfə “Əstəğfirullahə rabbi və ətubu ileyh” deyilsin və Allahda 40 nəfər möminin bağışlanması istənilsin.

Vitr namazı qılıram qürbətən iləllah+Təkbir

Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar.

Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını əda etmək olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür.

1 nəticə görsənir
Sizin cavabınız