Kireditle baqli

Cavablandırılıb
0
0

Banklardan kiredit goturmek olar

Mükəmməl cavab
0
0

özəl banklardan , artıq ödəmək məqsədilə borc almaq haramdır.
Dövlət və ya müştərək banklardan, pul götürmək üçün şəriət hakiminin izni lazımdır ki buna da Seyyid Sistani öz müqəllidlərinə bu izni verir. Lakin artıq ödəmək şərti batildir. Yəni borcdan əlavə hissəni ödəmək şərti batil olur. Bunun üçün hər hansı bir malı alaraq bu işi alverə çevirərək edə bilərsiniz. Və ya borcu manatla alıb dollarla ödəmək öhdəliyi götürməklə olar. Alınan manatın borcu olaraq filan qədər dollar verəcəyinə razılaşsanız şərt düzgündür. Razılaşdıqdan sonra həmin dolların miqdarını manatla ödəmək də mümkündür.
Məsələn, bankdan 1000 manat alırsınız. Bank bu 1000 manatı sizə 1200 dollara satır. Razılaşırsınız. Sonra bu 1200 dolların miqdarı qədər manat ödəyə bilərsiniz.

1 nəticə görsənir
Sizin cavabınız