SÜD VERMƏ - MƏHRƏMLİK

Cavablandırılıb
0
0

SALAM ALEYKUM VƏ RƏHMƏTULLAH.

SİZƏ VERDİYİMİZ SUALA SİSTANİ AĞANIN İSTİFTAAT KİTABINDA ” NAMƏHRƏMDİ ” DEYƏ CAVAB YAZILIB.

DÜŞÜNDÜYKİ BƏLKƏ BİR YALNIŞLIĞ VAR.

SUAL BELƏDİR.

BIR QADİN ÖZ QIZ NƏVƏSİNƏ BİR NEÇƏ GÜN SÜD VERƏRSƏ HÖKMÜ NƏDİR?

BELƏ OLAN HALDA SÜD ƏMƏN KÖRPƏ İLƏ ANASI SÜD BACISI SAYILIR ?

SÜD BACISI SAYILIRSA…
… (KÖRPƏNİN ATASI – YƏNİ ) KİŞİ ÖZ QIZININ SÜD BACISI İLƏ (YƏNİ Kİ, – ARVADI İLƏ) BİR-BİRİNƏ NAMƏHRƏM SAYILIR YA MƏHRƏM SAYILIR?

DİQQƏTİNİZƏ GÖRƏ ÇOX SAĞOLUN.
TƏŞƏKKÜR EDİRƏM.

Mükəmməl cavab
0
0

ALEYKUM SALAM

Cavab aydın olmadığı üçün üzrlü hesab edəsiniz. Gələn sualların çoxluğundan hər soruşulan mövzu barədə geniş izah vermək mümkünsüzdür. Odur ki məxsusi olaraq soruşulan suala cavablar qeyd edilir.
Sualınızda tam olmayan hissə budur ki süd verən süd verib dedikdə şərtlərin hamısına riayət olunduğu halı soruşursunuz? Ya da sadəcə bir neçə günlük adi bir südvermə?
İndi sizə hər iki halın izahını qeyd edək, sizə lazım olan hal hansıdırsa özünüz qərar verə bilərsiniz.

1. Birinci hal budur ki bir neçə süd vermək o qadını uşağa süd anası etməz. Süd anası etmədiyi üçün də həmin uşağın ata və anası bir birinə naməhrəm etməz. Növbəti bölümün izahında daha geniş aydınlıq veriləcək.

2. İkinci hal budur ki həqiqi məhrəmliyə gətirəcək südvermənin 8 şərti var. O şərtlər bunlardır:

1. Südünü içdiyi qadın diri olmalıdır

2. O qadının südü şəri anlamda qanuni süd sayılmalıdır. Yəni Düzgün şəri qaydalarla yaranmış izdivacdan baş vermiş doğuş, həmçinin şübhəli yaxınlıqdan olsa belə o süd qanuni sayılar. Lakin zinadan uşaq doğulan zaman gələn süd və ya ümumən doğuşdan olmayan bir süd olsa məhrəmliyə səbəb olmaz.

3. Həmin uşaq südü döşdən özü əmmiş olmalıdır. Yəni həmin qadının südünü gətirib içirsələr bu da məhrəmliyə səbəb olmaz.

4. Süd başqa şeylə qatışıq olmamalıdır

5. Həmin süd bir kişiyə aid olmalıdır. Yəni südvermənin ayrısında o qadın bir kişidə, yarısında başqa ərdə olsa məhrəm olmaz.

6. Uşaq südü qaytarmamalıdır

7. Uşağa verilən süd elə bir miqdarda olmalıdır ki o süd uşağın sümüklərinin bərkiməsinə səbəb olsun. 15 dəfə ardıcıl doyunca süd əmsə kifayət edir. 15 dəfə kamil içməlidir. Yəni gərək uşaq tam acısın və süd içərək doysun. Bu 15 dəfənin arasında başqa süd içməmiş olsun.

8. süd içənin gərək iki yaşı tamam olmasın

Əgər bu şərtlərin hamısı olsa , südverən südiçənin süd anası olacaq və həmin o süd içən uşağın atasının yoldaşı ona naməhrəm olacaq.

1 nəticə görsənir
Sizin cavabınız