Möminlərin bir-birilərini ziyarət etmələri
Möminlərin bir-birilərini ziyarət etmələri
Sual: Xahiş edirik, möminləri bir-birilərini ziyarət etməyə və mehriban olmağa təşviq edən hədisləri bizim üçün qeyd edəsiniz.Cavab: Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunan bir çox hədislər möminləri qarşılıqlı olaraq bir-birilərini ziyarət etməyə, sevməyə, sevindirməyə, mehriban olmağa, istəklərini yerinə yetirməyə, xəstələrinə baş çəkməyə, (dünyasını dəyişənlərin) cənazəsini müşayət etməyə, həmçinin rifah və sıxıntı hallarında bir-biriləri ilə bölüşməyə təşviq edir. İmam Cəfər Sadiq (ə) buyurub: “Hər kim Allah yolunda (mömin) qardaşını ziyarət etsə, Allah-təala (ona) buyurar: “Sən Məni ziyarət etdin. Sənin mükafatın Mənin öhdəmdədir. Sənin üçün Cənnətdən başqa bir mükafata razı olmaram.”
İmam Cəfər Sadiq (ə) Xeysəməyə buyurub: “Mənim dostlarıma salamımı çatdır. Onlara (mənim adımdan) Uca Allah üçün təqvalı olmalarını, zənginlərinin yoxsullarına, güclülərinin zəiflərinə baş çəkmələrini, dirilərinin dünyasını dəyişənlərin cənazəsində iştirak etmələrini və bir-birilərini evlərində ziyarət etmələrini tövsiyə et!”
Mənbə: https://istiftaat.az/meqaleler/mominlerin-bir-birilerini-ziyaret-etmeleri/





Şərhlər 0
Şərh yazmaqHələ şərh yoxdur. İlk fikri siz bölüşə bilərsiniz.
Şərhiniz
Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.