Namazı batil edən şəkklər
Namazı batil edən şəkklər
Sual: Üç ilə altı və yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər.
Sual: İki ilə beş və yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər.
Sual: Dördrəkəkətli namazda ikinci səcdəyə getməmişdən əvvəl, iki rəkət, yoxsa daha çox qılmaqda şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər.
Sual: Dördrəkətli namazda bir rəkət, yoxsa daha çox qılmaqda şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər.
Sual: Üç rəkətli namazın rəkətlərinin sayında şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər.
Sual: Sübh namazını qılarkən, rəkətlərin sayında şəkk etdim. Vəzifəm nədir?
Cavab: Namazını yenidən qılmalısan. Amma iki rəkətli müstəhəb və ehtiyat namazlarındakı rəkətlərin sayında şəkk etmək, namazı batil etməz.
Mənbə: https://istiftaat.az/meqaleler/namazi-batil-eden-sekkler/





Şərhlər 0
Şərh yazmaqHələ şərh yoxdur. İlk fikri siz bölüşə bilərsiniz.
Şərhiniz
Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.