Ev almaqçun yığılan pulun xümsü

Ev almaqçun yığılan pulun xümsü

SUAL:
Özünə ev tikmək üçün tədricən bir neçə il ərzində hissə-hissə tikinti materiallarını alıb yığan şəxsin aldığı həmin mallara xums düşürmü?
CAVAB:
 Məsələ 1228:
Xumsdan istisna edilən (yəni, xumsu vacib olmayan) illik ehtiyyaclar əsasən qazanc hasil olan ilin ehtiyyaclarıdır. Qarşıdan gələn illərin ehtiyyacları istisna edilə bilməz (yəni, məsələn; xums ili çatdığı zaman əlində qalan puldan yaxud maldan 2 il sonranın ehtiyyacı olan şeyləri çıxaraq yerdə qalan pulun və ya malın xumsunu çıxara bilməz). Buna əsasən də tədricən qazanc əldə edən bir şəxs evi tikmək üçün birinci ildə daş, kərpic, ikinci ildə taxta və dəmir, üçüncü ildə isə başqa tikinti materiallarını və sair şeyləri alarsa, hər bir ildə alınan bu şeylər o illərin ehtiyyacı sayılaraq xumusdan istisna edilə bilməz (yəni, hər il xums ili çatanda alınan həmin şeyləri o ilin ehtiyacı hesab edərək xumsunu verməyə bilməz). Çünki alınan o şeylər o ilin ehtiyyacıdır ki, ev həmin ildə hazır olacaqdır. Buna əsasən də gərək bu şəxs həmin alınan şeylərin xumsunu çıxartsın.
Əlbəttə, əgər bu şəxsin yaşadığı şəhərdə onun mislində olan şəxslər üçün münasib olan hal bu olsa ki, onlar yaşayış evinə yuxarıda deyilən qaydada, yəni tədricən malik olsalar və bunu da tərk etdikləri surətdə isə öz ailələrinin haqqı barəsində səhlənkarlıq sayılarsa və onların şəninə uyğun olan gələcəkləri barəsində yüngül yanaşmaq sayılarsa, bu halda hər ildə alınan o şeylər həmin illərin ehtiyyacları hesab olunacaq və xumsunu da vermək onlara vacib olmayacaq.
Mənbə: “Minhacus-Salihin, cild 1, Seyyid Əli Sistani”.

İZAH:
Yaşayış evinə tədricən malik ola bilən şəxs, xums ili çatan zaman o günə qədər yediyi və içdiyi şeylərin xumsunu hesablamadığı kimi, aldığı o materialın da xumsunu çıxartmayacaq. Çünki, onun kimi insanlar hissə-hissə bir neçə il ərzində evi başa gətirirlər və buna görə də onun aldığı həmin materiallar o illərdə ehtiyyac olan şeylər hesab olunur. Ehtiyyac olan şeyin də xumsunu çıxartmaq vacib olmaz. Məsələn, xums ili çatanda baxır ki, 500 manatlıq daş, 200 manatlıq taxta həyətdə qalıb. Əgər hal-hazırda özünün və ailəsinin yaşayış evi varsa və bir neçə il ərzində evi tikmək onun barəsində ailəsinə qarşı səhlənkar yanaşmaq hesab olunmursa, gərək 700 manatın da xumsunu çıxartsın. Amma o cür şəxslərdən olmazsa, 700 manatın xumsunu çıxartması vacib olmaz. Çünki həmin şeylər o ilin ehtiyyacı sayılır.
Vəssəlamu ələykum və rəhmətullah.

Müəllif: Hoccətulislam Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 13380

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

nineteen + 17 =